Icma.az
close
up
RU
Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan artıq Cənubi Qafqaz regionunda aparıcı güc mərkəzinə çevrilib ŞƏRH

Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan artıq Cənubi Qafqaz regionunda aparıcı güc mərkəzinə çevrilib ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycanın son onilliklərdə keçdiyi tarixi yolun və bugünkü qlobal mövqeyinin dolğun təsviri kimi dəyərləndirilə bilər. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan artıq Cənubi Qafqaz regionunda aparıcı güc mərkəzinə çevrilib, regional proseslərin istiqamətini müəyyənləşdirən və qlobal siyasətdə söz sahibi olan ölkəyə çevrilib. Bu status təsadüfi deyil, son 20 ildə Prezident İlham Əliyevin yürütdüyü ardıcıl və uzaqgörən siyasətin məntiqi nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycanın həm ədaləti, həm də beynəlxalq hüququ bərpa etməsini təmin etdi. İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, “Böyük Qayıdış” proqramının reallaşdırılması, minlərlə vətəndaşın doğma yurduna qayıtması Azərbaycanın müasir dövrdə gücünün təzahürüdür. Prezident İlham Əliyev beynəlxalq müstəvidə də sübut etdi ki, Azərbaycan təkcə hərbi zəfərlə kifayətlənmir, həm də sülh təşəbbüslərinin müəllifidir. Vaşinqtonda paraflanmış sənəd məhz Azərbaycanın təqdim etdiyi format əsasında formalaşaraq Ermənistan-Azərbaycan münasibətlərinin gələcək çərçivəsini müəyyənləşdirdi. Bu, Azərbaycanın regionda sülhün qurucusu və sabitliyin təminatçısı olduğunu bir daha təsdiqlədi.

Millət vəkilinin sözlərinə görə, müsahibədə diqqət çəkən digər vacib məqam Azərbaycanın qlobal miqyasda artan roludur. Enerji resurslarının şaxələndirilmiş şəkildə Avropaya çatdırılması, Yaxın Şərqdə Suriyaya yardım, Körfəz ölkələri ilə bərpaolunan enerji sahəsində milyardlarla dəyərində investisiya layihələrinin həyata keçirilməsi göstərir ki, Azərbaycan artıq dünya enerji təhlükəsizliyinin vacib iştirakçısına çevrilib. Bu gün böyük dövlətlər Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcburdurlar və bu, Prezident İlham Əliyevin müdrik siyasətinin ən böyük nailiyyətlərindən biridir.

Eyni zamanda, Azərbaycanın vasitəçi rolunda çıxış etməsi – İsrail ilə Suriya arasında dialoqu təşviq etməsi, müsəlman dünyasında təriqət fərqlərindən uzaq birliyin nümunəsini göstərməsi, Türk Dövlətləri Təşkilatını gücləndirməsi ölkəmizin qlobal diplomatiyadakı mövqeyini möhkəmləndirir. Azərbaycan bu gün həm Qərb, həm İslam dünyası, həm də Türk dünyası tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur.

Fatma Yıldırım deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan həm güclü orduya, həm sabit iqtisadiyyata, həm də balanslaşdırılmış xarici siyasətə sahibdir. Bu isə ölkəmizi nəinki regionda, həm də dünya miqyasında söz sahibi olan bir dövlətə çevirib. Artıq Azərbaycanla hesablaşmadan bölgədə və geniş coğrafiyada hər hansı layihəni həyata keçirmək mümkün deyil. Bu gün Azərbaycan xalqının qüruru ondadır ki, ölkəmizin yüksəlişinin arxasında möhkəm siyasi iradə və xalqına sadiq lider – Prezident İlham Əliyev dayanır.

Bütövlükdə Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın regional və qlobal siyasətdə sabitlik, əməkdaşlıq və inkişaf tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Bu çıxış beynəlxalq ictimaiyyətdə Azərbaycanın nüfuzunun artmasına, mövqelərinin daha dolğun anlaşılmasına ciddi töhfə verdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Avqust 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri