Dövlət borcunun idarəedilməsi ilə bağlı strategiyanın növbəti mərhələsinin hazırlıqlarına başlanılıb
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Dövlət Borcunun İdarəedilməsi ilə bağlı orta və uzunmüddətli strategiya"nın növbəti mərhələsinin hazırlıqlarına başlanılıb.
525.az xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.
"Hesab edirik ki, bu, ölkənin sosial-iqtisadi inkişaf proqramarı ilə uyğunlaşdırılaraq 2026-2030-cu illəri əhatə edə bilər. Burda çərçivəmiz qəbul olunmuş fiskal çərçivədən irəli gələcək. İlk növbədə 2026-cı ilin dövlət büdcəsi və növbəti 3 il üçün dövlət büdcəsinin təsdiq edilən parametrlərindən irəli gələrək hədəfimiz təxminən 11 milyard manatlıq borclanma zərfidir. Bu məbləğin 5,2 milyard manatlıq hissəsini əməkdaşlıq elədiyimiz beynəlxalq maliyyə-kredit qurumlarından cəlb edilən kreditlər, 5,8 milyard manatlıq hissəsi isə növbəti 4 ilin büdcə zərfinin kəsirinin maliyyələşdirilməsi üçün daxili və yaxud xarici maliyyə bazarlarında emissiya ediləcək dövlət istiqrazlarından irəli gələn borclanmalar təşkil edəcək", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 Oktyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















