Dövlət bu hallarda bələdiyyəyələrə torpaq sahəsi ayıracaq
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri artırılır.
Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması da torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyəti hesab ediləcək.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 İyun 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















