Dövlət Departamenti: Rusiya və ABŞ arasında İstanbul məsləhətləşmələri konstruktiv məcrada keçib
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin İstanbulda keçirilən Rusiya-ABŞ məsləhətləşmələrinin yekunlarına dair yaydığı məlumatda bildirilib.
Yazılı bəyanatda qeyd olunub ki, İstanbulda nümayəndə heyətlərinə rəhbərlik edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter və Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev lazım gələrsə, yaxın vaxtlarda bu məsələlərlə bağlı yeni görüşün keçirilməsi imkanını müzakirə ediblər.
"Görüşün keçirilmə vaxtı və yeri, eləcə də iştirakçıların tərkibi sonradan müəyyən ediləcək", - ABŞ xarici siyasət idarəsi dəqiqləşdirib. Dövlət Departamentinin qiymətləndirməsinə görə, məsləhətləşmələrin hazırkı raundu tərəflərin "konstruktiv yanaşmanı" qoruyub saxladığını nümayiş etdirib.
Nümayəndə heyətləri həmçinin diplomatik nümayəndəliklərin fəaliyyəti üçün bank xidmətlərinin göstərilməsi mümkünlüyünü müzakirə ediblər.
"Fevralın 27-də keçirilən görüşdə müəyyən edilmiş konstruktiv yanaşmanı davam etdirərək, ABŞ və Rusiya nümayəndə heyətləri hər iki ölkədə ABŞ və Rusiya missiyalarının sabit bank xidmətləri ilə təmin edilməsi üçün razılaşmaların təsdiqlənməsi məqsədilə qeyd mübadiləsi aparıblar", - sənəddə vurğulanıb. Eyni zamanda, Dövlət Departamenti qeyd edib ki, görüşdə ABŞ nümayəndələri yerli heyətin işə qəbulunun qeyri-mümkünlüyü ilə bağlı "narahatlıqlarını ifadə ediblər", bu isə sənədə əsasən, "ABŞ-nin Moskvadakı səfirliyində işçi sayının sabit səviyyədə saxlanması üçün əsas maneədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 10 Aprel 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















