Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Dövlət dəstəyi və meyvə ixracı: yeni dinamika

Dövlət dəstəyi və meyvə ixracı: yeni dinamika

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Dövlət dəstəyinin gücləndirilməsi xarici bazarlara rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının ixracını təmin edir

"Unikal" xəbər verir ki, Azərbaycanda bağçılığa dövlət dəstəyinin artırılması, müasir standartlara uyğun intensiv bağların salınmasının subsidiyalaşdırılması rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının istehsal və ixracının artmasına müsbət təsir edir. 

Aqrar Subsidiya Şurası 2019-cu ildən başlayaraq yeni salınmış intensiv bağların hər hektarına görə fermerlərə yüksək əmsallı subsidiyalar ayırır. Sonrakı illərdə isə intensiv bağlara əkin subsidiyası ilə yanaşı birdəfəlik əkin subsidiyası da verilir. İntensiv bağçılığa dövlət dəstəyinin artırılmasında məqsəd yeni intensiv və superintensiv bağların salınmasını stimullaşdırmaq, xarici bazarlara meyvə ixracını artırmaq, kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqinin genişlənməsini, su və torpaq resurslarından səmərəli istifadəni, bitkiçilik sahəsində rayonlaşma prosesini və əkinə daha az yararlı torpaqlara investisiya qoyuluşunun artmasını təmin etməkdir.

Ötən illər ərzində yürüdülən meyvə bağlarının subsidiyalaşdırılması siyasəti bütün istiqamətlər üzrə özünü doğruldub. Ölkədə müasir intensiv bağların sahəsi genişlənib, müasir suvarma sistemlərinin tətbiqinə maraq artıb, su və torpaq resurslarından səmərəli istifadə səviyyəsi yüksəlib, ən əsası xarici bazarlara kənd təsərrüfatı məhsullarının ixracında ciddi artım qeydə alınıb. Bu nəticələr subsidiyalaşmaya ayrılan dövlət vəsatinin dəfələrlə çox miqdarda səmərəli geri dönüşünün təmin olunması deməkdir.

İntensiv bağçılığın dövlət tərəfindən subsidiyalaşdırılması ilə ölkəmizdən xarici bazarlara meyvə ixracının artması arasında bağlılıq mövcuddur. 2020-2024-cü illərdə Aqrar Subsidiya Şurası tərəfindən meyvə bağlarının salınmasına ümumilikdə 171,3 min manat əkin subsidiyası ayrılıb. Qeyd olunan dövrdə ölkəmizdən xarici bazarlara təxminən 2,22 milyard manat dəyərində meyvə ixrac edilib. 2020-2024-cü illərdə meyvə ixracının dəyəri bu sahənin dəstəklənməsi üçün ayrılan subsidiyaların həcmindən 13 dəfə çoxdur. Müasir intensiv meyvə bağları 2-ci ildən bara düşməyə başlayır, 3-4-cü illərdə artıq həmin bağlardan ciddi miqdarda məhsul yığılaraq daxili və xarici bazarlarda realizə edilir. Yəni, 2020-cu ildə salınmış meyvə bağlarından artıq 2022-ci ildən ciddi həcmdə məhsul yığılmağa başlayır. Bu səbəbdən ayrılan subsidiyaların həcminin meyvə ixracının artımı şəklində geri dönüşü təxminən 2-3 ildən sonra özünü göstərir.

Bu fikri 2020-2024-cü illər üzrə subsidiya və meyvə ixracatı rəqəmlərinin iki illik periodlarda təhlili təsdiqləyir. Məsələn, 2020-cu ildə intensiv meyvə bağlarının salınmasına dövlət tərəfindən 30 milyon manata yaxın subsidiya ayrılıb, iki il sonra 2022-ci ildə ölkəmizdən meyvə ixracının həcmində əvvəlki illə müqayisədə 38,7 mln. manat (+8,7 mln. manat) artıb. Eyni qaydada 2021-ci ildə intensiv bağlara 33,8 milyon manat subsidiya verilib, 2023-cü ildə meyvə ixracında 65 milyona manata yaxın (+31 mln.manat) artım qeydə alınıb. Yəni, intensiv meyvə bağlarının subsidiyalaşdırılması müqabilində meyvə ixracı dəfələrlə artır və bağların salınmasına ayrılan dövlət vəsaiti bağlar bara düşdükdən sonra dəfələrlə artıq miqdarda geri dönür.

Cədvəldən də göründüyü kimi, son beş il ərzində intensiv meyvəçiliyin inkişafına ayrılan subsidiyaların miqdarı 28%, meyvə ixracı isə 41% artıb. Artım göstəriciləri arsındakı nisbət intensiv bağçılığın inkişafına yönəlmiş dövlət dəstəyi siyasətinin düzgün müəyyən olunduğunu, ayrılan subsidiyaların artan ixracat formasında səmərəli geri döndüyünü təsdiqləyir.   

 Subsidiyaların əlavə dəyər yaradılması baxımından səmərəli geri dönüşünü meyvəçilik sahəsi ilə yanaşı, tərəvəzçilik, taxılçılıq və kənd təsərrüfatının digər sahələrində də görmək mümkündür.

İntensiv meyvə bağlarının salınmasına dövlət dəstəyinin gücləndirilməsinin meyvə ixracatının artımına müsbət təsiri tendensiyası 2025-ci ildə də davam edib. Bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici bazarlara qoz-fındıq ixracı 33,1%, sitrus meyvələri ixracı 54%, alma, armud və heyva ixracı 53,6%, ərik, albalı, gilas, şaftalı ixracı 33%, nar ixracı 37,7%, digər meyvələrin ixracı isə 76,2% artıb.

2025-ci ilin ilk 7 ayı ərzində ölkəmizdə meyvə bağlarının salınmasına ümumilikdə 43,7 milyon manat subsidiya verilib. Bu ilin yanvar-iyul ayları ərzində xarici bazarlara təxminən 313 milyon dollar dəyərində meyvə ixrac olunub. Bu dövrdə meyvə ixracının dəyəri 7 ay ərzində bu sahənin subsidiyalaşdırılmasına ayrılan məbləğdən 7,2 dəfə çoxdur. Bu rəqəmlər ayrılan subsidiyaların məbləğinin geri dönüş səviyyəsinin kifayət qədər yüksək olduğunu göstərir.

Aqrar Subsidiya Şurasının 2024-cü il avqust qərarına əsasən, ötən ilin 1 sentyabr tarixindən bu il mayın 31-dək dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarının hər hektarına 4400 manat, qoz bağlarının hər hektarına 3300 manat, nar bağlarının hər hektarına 3000 manat, limon və kinkan bağlarının hər hektarına 11600 manat, naringi və portağal bağlarının hər hektarına 9600 manat, şaftalı və ərik bağlarının hər hektarına 4000 manat, alma bağlarının hər hektarına 11000 manat, armud bağlarının hər hektarına 8000 manat, gilas bağlarının hər hektarına 10000 manat birdəfəlik əkin subsidiyası verilir. Bundan başqa növbəti 4 il ərzində bu bağların hər hektarına görə fermerlərə hər il 800 manat əkin subsidiyası verilir.

Qeyd olunan meyvələr üzrə intensiv bağların salınmasının artıq bir neçə ildir dövlət tərəfindən subsidiyalar ayrılması şəklində dəstəklənməsi həm xarici bazarlarda rəqabətədavamlı meyvə istehsalının artmasını, həm də ixracın həcm və dəyər olaraq yüksəlməsini təmin edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Avqust 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri