Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında müəyyən problemlər var Palata sədri
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Cari ildə də dövlət əsaslı vəsait qoyuluşu xərclərinin icrasında müəyyən problemlər var.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri bildirib ki, təhlillərimiz əsaslı vəsait qoyuluşu xərclərinin icrasında cari ildə də müəyyən problemlərin olduğunu deməyə əsas verir:
"Cari ilin doqquz ayında bu istiqamətdə illik proqnozun 47,7%-i icra edilib. Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 38 sifarişçi üzrə 360 layihənin maliyyələşdirilməsi nəzərdə tutulub. 2024-cü ilin 9 ayında 19 sifarişçi üzrə icrası 25%-dən aşağı olan 130 layihəyə illik nəzərdə tutulan 494,7 mln. manat vəsaitə qarşı icra 6,9 mln. manat və ya 1,4% təşkil edib. Bu layihələrin tərkibində 19 sifarişçi üzrə 108 layihənin maliyyələşməsi üçün illik nəzərdə tutulmuş 404,4 mln. manata qarşı 9 ayda ümumiyyətlə icra olmayıb".
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 20 Noyabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















