Icma.az
close
up
RU
Dövlət əyar damğası olmadan qızıl satanları hansı cəza gözləyir? HÜQUQİ İZAH

Dövlət əyar damğası olmadan qızıl satanları hansı cəza gözləyir? HÜQUQİ İZAH

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və sair sahələrdə nəzarəti həyata keçirəcək. Ekspertlər hesab edirlər ki, bu, zərgərlik məmulatları bazarının tənzimlənməsi üçün çox əhəmiyyətli dəyişiklikdir. Belə ki, nəzarət gücləndirildikdən sonra süni qiymət artımının, saxta məhsulların bazara daxil olmasının qarşısını alacaq.
Qeyd edək ki, Qurum dövlət əyar nəzarətini –  Azərbaycanda istehsal olunmuş, habelə ölkə ərazisinə xaricdən satış məqsədilə gətirilmiş qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik məmulatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada əyarlanması və damğalanmasını da həyata keçirəcək.
 

MÖVZU İLƏ BAĞLI:
Zərgərlik məmulatlarına dövlət əyar damğasını bu orqan vuracaq – RƏSMİ


Bəs zərgər özü düzəltdiyi bəzək əşyası üzərində dövlət əyar damğası olmadan məhsulu satışa çıxararsa bu qanuna ziddir? Hansı məsuliyyətlə nəticələnə bilər?
Hüquqşünas Cavid Yolçuyevin Bizim.Media-ya verdiyi məlumata görə, Qanunvericiliklə  müəyyən edilmiş hallar istisna olmaqla, digər zərgərlik məmulatları xüsusi laborator analizlərdən sonra dövlət əyarı ilə damğalanmalıdır.
“Əgər zərgərlik məmulatı üzərində dövlət əyar damğası olmadan satışa çıxarılarsa bu, qanuna ziddir və cinayət məsuliyyəti ilə nəticələnir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 238‐1 maddəsinə görə, üzərində dövlət əyar damğası olmayan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zinət əşyalarının satışı qadağandır. Belə zərgərlik məmulatların satışına görə fiziki şəxslər 100 manatdan 400 manata qədər, hüquqi şəxslər 1000 manatdan 3000 manata qədər cərimələnə bilər”.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Noyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri