Icma.az
close
up
RU
Dövlət idarəçiliyi müasir standartlara uyğunlaşdırılır DEPUTAT DANIŞDI

Dövlət idarəçiliyi müasir standartlara uyğunlaşdırılır DEPUTAT DANIŞDI

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycanda idarəetmədə genişmiqyaslı struktur islahatlarının aparılması yenidən gündəmdədir. İslahatlar çərçivəsində müasir idarəetmə tələblərinə cavab verməyən bəzi idarələrin ləğvi, digərlərinin isə yenidən təşkili planlaşdırılır".

Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu proses dövlət aparatının daha funksional, nəticəyönümlü və çevik fəaliyyət göstərməsinə hesablanıb: "Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır, eyni zamanda idarəetmə fəlsəfəsinin yenilənməsini nəzərdə tutur. Məqsəd yeni idarəetmə strukturu formalaşdırmaqla yanaşı, daha çevik, daha yığcam və daha məqsədyönlü idarəetmə modelini tətbiq etməkdir. Bu model qərarların daha operativ qəbul edilməsinə, resursların daha səmərəli bölüşdürülməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Qlobal çağırışlar, rəqəmsallaşma prosesi və dəyişən iqtisadi reallıqlar dövlət institutlarının daim yenilənməsini zəruri edir. Cənab Prezidentin istiqamət verdiyi yeni iqtisadi modelə uyğun olaraq institusional sistem mütəmadi şəkildə təkmilləşdirilir, idarəetmə mexanizmləri müasir standartlara uyğunlaşdırılır.

Beləliklə, idarəetmə ilə iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama prinsipləri qorunur. Dövlət idarəçiliyində şəffaflıq, hesabatlılıq və məsuliyyət amilləri gücləndirilir ki, bu da uzunmüddətli dayanıqlı inkişaf üçün əsas baza rolunu oynayır.

Məhz səmərəli dövlət idarəetmə aparatı cənab Prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Bu isə həm dövlət büdcəsinin effektiv idarə olunmasına, həm də sosial-iqtisadi prioritetlərin vaxtında və keyfiyyətlə reallaşdırılmasına imkan yaradır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Fevral 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri