Icma.az
close
up
RU
Dövlət İdarəçiliyində Humanizm və Qətiyyətin Sintezi

Dövlət İdarəçiliyində Humanizm və Qətiyyətin Sintezi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün hamımızın sevimlisi, dəyərli soydaşımız, xanım Mehriban  Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasının 9 ili tamam olur.
Bu müddət ərzində ölkəmizin hərbi-siyasi, sosial-mədəni və humanitar sahələrdə keçdiyi inkişaf yolu göstərdi ki, dövlət idarəçiliyində strateji baxışla humanist yanaşmanın vəhdəti xüsusi əhəmiyyət daşıyır.
2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə bu yüksək posta təyin olunmasından sonrakı dövrə nəzər salsaq görərik ki,,  bu müddət ərzində Azərbaycan regionda söz və təşəbbüs sahibi olan dövlət kimi mövqeyini daha da möhkəmləndirdi.
Hərbi-siyasi müstəvidə ölkəmizin təhlükəsizliyinin təmin olunması, milli maraqların qətiyyətlə müdafiəsi və post-münaqişə dövründə yeni reallıqların formalaşması ilə paralel olaraq, sosial və humanitar siyasətdə də keyfiyyətcə yeni mərhələ başlandı. Bu mərhələnin əsas xüsusiyyəti insan amilinin prioritet olması idi.
Şəhid ailələrinə və qazilərə göstərilən diqqət, sosial müdafiə tədbirlərinin genişləndirilməsi, regionların inkişafı, mədəni və mənəvi irsin qorunması istiqamətində həyata keçirilən sistemli fəaliyyət dövlət siyasətinin sosial ədalət və milli həmrəylik prinsiplərinə söykəndiyini bir daha təsdiqlədi.
Mən əvvəllər də müxtəlif çıxış və məqalələrimdə  qeyd etdiyim  kimi Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız cəmiyyətin iqtisadi-sosial və humanitar-mədəni maraqlarının qorunmasına yönələn uğurlu layihələrin icrası və çəmiyyətin gücünü bu istiqamətə yönəltməsi ilə ölçülmür. Bu fəaliyyət özündə daha çox dövlətçilik fəlsəfəsinə insani dəyərlərin inteqrasiyasını ehtiva edir.
Bunu əyani  olaraq ilk növbədə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən təhsil, səhiyyə, mədəniyyət və sosial layihələrin ölkə daxilində sosial həmrəyliyi gücləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq humanitar nüfuzunu  artırması da sübut edir.
Həmçinin iki və çoxtərəfli formatları qarşılıqlı əməkdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüsləri vasitəsilə mədəniyyətlərarası dialoqun təşviqi, dini və etnik tolerantlığın qorunması baxımından mühüm platformalara çevirməsi də aydın şəkildə ortaya qoyur.
Bu dövrdə xüsusilə vurğulanmalı məqamlardan biri də regionda əldə edilmiş sülhün davamlı və dayanıqlı xarakter alması istiqamətində aparılan siyasətdir.
Müharibədən sonrakı mərhələdə quruculuq, bərpa və reinteqrasiya proseslərinin humanitar ölçüsü Azərbaycanın sülh gündəliyinin əsas xəttini təşkil edir.
Axı özü-özlüyündə Sülh yalnız hərbi-siyasi sənəd deyil, həm də sosial ədalət, qarşılıqlı etimad və inkişaf strategiyasıdır. Mehriban xanım Əliyevanın fəaliyyəti bu baxışın humanitar dayaqlarını möhkəmləndirən mühüm faktorlardandır.
Eyni zamanda, onun timsalında qadın-kişi bərabərliyinin praktik nümunəsini görürük. Azərbaycan qadınının yüksək dövlət və beynəlxalq platformalarda layiqincə təmsil olunması, liderlik keyfiyyətlərinin zəriflik və mərhəmətlə uzlaşdırılması müasir idarəçilik modelində yeni yanaşma formalaşdırır. Mehriban xanımın fəaliyyəti göstərir ki, qadın liderlik anlayışı yalnız təmsilçilik deyil, həm də strateji qərarvermə, sosial məsuliyyət və milli maraqların müdafiəsi deməkdir. Bu, Azərbaycan qadınının potensialının daha geniş və yüksək səviyyələrdə reallaşmasına stimul verir.
Onun birinci xanım kimi ailə dəyərlərinə sədaqəti və ailəlikcə dövlətə, xalqa və onun ən təbii maraqları uğrunda sərgilədiyi xidmət nümunəsi xüsusi əhəmiyyət kəsb edir.
Dövlətçilik ənənəsinə sədaqət, ailə institutuna hörmət və milli-mənəvi köklərə bağlılıq onun xarakter keyfiyyətlərindən qaynaqlanır və bu keyfiyyətlər həm milli, həm də beynəlxalq miqyasda yüksək dəyərləndirilir.
Ailə dəyərlərinin qorunması ilə dövlətə xidmətin vəhdəti cəmiyyət üçün güclü mənəvi örnəkdir.
Doqquz illik fəaliyyət göstərir ki, müasir Azərbaycan güclü siyasi iradə, sosial məsuliyyət, humanitar diplomatiya və gender bərabərliyi prinsiplərini paralel şəkildə inkişaf etdirir.
Mehriban xanım Əliyevanın timsalında biz dövlətçiliklə humanizmin, liderliklə ailə dəyərlərinin, milli maraqlarla beynəlxalq əməkdaşlığın harmoniyasını görürük.
Bu əlamətdar gün münasibətilə bir daha vurğulamaq yerinə düşər ki, bu yol yalnız keçilmiş mərhələ deyil, həm də gələcəyə istiqamətlənmiş strateji inkişaf xəttidir.
Qoy ölkəmiz Azərbaycan regionda sülhün, sabitliyin və tərəqqinin mərkəzi olaraq daha da güclənsin, Azərbaycan qadını isə ən yüksək tribunalarda milli kimliyimizi və dəyərlərimizi ləyaqətlə təmsil etməyə davam etsin.

Bahar MURADOVA,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2026 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri