Icma.az
close
up
RU
Dövlət Komitəsi: Uşaq hüquqlarına dair bəzi qanunlarda dəyişikliklərin edilməsi nəzərdə tutulur

Dövlət Komitəsi: Uşaq hüquqlarına dair bəzi qanunlarda dəyişikliklərin edilməsi nəzərdə tutulur

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 1 iyun, Günel Türksoy, AZƏRTAC

Azərbaycanda uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Uşaqların sağlam böyüməsi, onların baxımsız qalması hallarının qarşısının alınması, həmçinin valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, baxımsız və küçə həyatına məruz qalmış uşaqların sosial müdafiəsinin təminatı dövlətin qəbul etdiyi proqramlarda xüsusi yer tutur. Bu sahədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində birgə işlər görülür. Həmçinin komitənin həyata keçirdiyi tədbirlərdə uşaq hüquqlarının müdafiəsi, uşaq iştirakçılığının artrılması, qanunvericiliyə təkliflərin hazırlanması, həssas kateqoriyadan olan uşaqlara psixoloji dəstəyin göstərilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası və digər məsələlər əsas yer tutur.

Bu barədə ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən tədbirlərlə əlaqədar AZƏRTAC-ın sorğusuna AQUPDK-dan verilən cavabda bildirilib.

Qeyd edilib ki, komitə tərəfindən uşaq iştirakçılığının təmin olunması, uşaqların öz fikirlərini səsləndirməsinə şəraitin yaradılması məqsədilə 2020-ci ildə Uşaq Səfirlər Məclisi yaradılıb. 15 üzvdən ibarət Səfirlər Məclisinin demək olar ki, respublikanın bütün regionlarını əhatə edən nümayəndələri və fəalları fəaliyyət göstərir. Bundan əlavə, Uşaq Səfirlər Məclisi tərəfindən uşaq hüquqlarının qorunması sahəsində hər il 100-ə yaxın onlayn, yaxud ənənəvi formada tədbirlər həyata keçirilir. Burada əsas məqsəd həm səfir üzvlərin təlimçi kimi formalaşmasından, həm də digər uşaqların da onlar kimi müsbət yöndə fəaliyyət göstərməsinə, asudə vaxtlarının səmərəli təşkilinə şəraitin yaradılmasından ibarətdir.

Komitə ucqar bölgələrdə “Təşviqat avtobusu” layihəsini də həyata keçirir. Layihənin əsas məqsədi ucqar kəndlərdə yaşayan uşaqların aktiv təlimlərdən yararlanması və onları narahat edən problemlərin öyrənilməsindən ibarətdir. “Demək olar ki, hər il keçirilən və ənənə halını alan Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunu da qeyd etməliyik. Foruma hazırlıq dövründən Səfirlər Məclisinin üzvlərinin dövlət rəsmiləri ilə görüşləri keçirilir. Forum zamanı 7 mövzu üzrə çıxışlar edildikdən sonra uşaqlar onları maraqlandıran məsələlər ətrafında tədbirə dəvət edilmiş qonaqlarla müzakirələr aparırlar. Sonda uşaqlar onların hüquqlarının qorunması sahəsində gələcəkdə həyata keçirilməsi lazım olan məsələlər barədə təkliflər səsləndirirlər”, - deyə məlumatda vurğulanır.

Komitədən, həmçinin son iki ildə uşaq hüquqları ilə bağlı qəbul edilən normativ-hüquqi sənədlər barədə məlumat verilib. Bildirilib ki, “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarında olunan dəyişikliyə əsasən, artıq yerli icra hakimiyyəti orqanlarında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları fəaliyyət göstərəcək. Bu qruplar digər orqanlarla operativ işin təşkilində müsbət rol oynayacaq.

Bundan əlavə, yerli icra hakimiyyəti orqanlarında əvvəllər mövcud olmuş Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarla Qəyyumluq və himayəçilik komissiyaları birləşib və Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar adlandırılıb. “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə əsasən, komissiyanın cari işlərinin görülməsi və qərarlarının icrasına nəzarətin həyata keçirilməsi məqsədilə AQUPDK yanında Katiblik yaradılıb.

Eyni zamanda, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarında olunan dəyişikliyə əsasən, komitə tərəfindən Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı formalaşdırılacaq. “Bundan başqa, “Uşaq hüquqlarının müdafiəsi üzrə Azərbaycan Respublikası Qanunu”na dəyişiklik edilməsi barədə sənəd layihəsi hazırlanıb. Ümumilikdə uşaq hüquqları ilə bağlı 10-a yaxın qanunda artıq dəyişiklik edilib. Hazırda dəyişiklik ediləcək müəyyən sənəd layihələri də var”, - deyə komitədən bildirilib.

Qeyd edək ki, iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri