Icma.az
close
up
RU
Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniya Müsəlman Müftiliyinin təşkil etdiyi iftar mərasimində iştirak edib

Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniya Müsəlman Müftiliyinin təşkil etdiyi iftar mərasimində iştirak edib

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılığı ilə Rumıniyada səfərdə olan nümayəndə heyəti Müsəlman Müftiliyinin təşkil etdiyi iftar mərasimində iştirak edib. Mərasimdə Rumıniyanın müsəlman icmasının müftisi Murat Yusuf, Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu, Prezident Administrasiyasinin dövlət müşaviri Katalina Galer, Baş nazirin sözcüsü Andrea Ungar, Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Çiprian Vasile Oliniç və digər dövlət, hökumət nümayəndələri, müsəlman qurumlarının, elmi və mədəni dairələrin təmsilçiləri iştirak ediblər.

İftar süfrəsində çıxış edən Komitə sədri göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, bu səfərin nəticələrinin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə, ortaq dəyərlərin əsasında duran dostluq, birlik və həmrəylik bağlarını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib. Millətçilik və təcridçilik meyillərinin getdikcə daha çox yayıldığı bir dövrdə Şərqi Avropada dinc yanaşı yaşayışın parlaq nümunəsi olan Rumıniyada müsəlman icmasına göstərilən diqqətin təqdirəlayiq olduğunu vurğulayıb.

Mədəniyyətlər və dinlər arasında dialoqun təşviqində zəngin tolerantlıq və birgəyaşayış ənənələrinə malik ölkələrin təcrübələrindən istifadə etməyə ciddi ehtiyacın yarandığını bildirən komitə sədri bu kontekstdə Azərbaycan nümunəsinə diqqət çəkib. Qeyd edib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, onlar arasında möhkəm təməllər üzərində qurulmuş əlaqələr mövcuddur. Azərbaycan Prezidenti cənab İlham Əliyev dini məsələlərə xüsusi həssaslıqla yanaşır, dövlət büdcəsindən həm İslam, həm də qeyri-islam icmalarına illik maliyyə dəstəyi ayırır, ibadət yerlərinin bərpası və tikintisinə diqqət göstərir. 44 günlük Vətən müharibəsindən sonra ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Qarabağdakı dini-tarixi abidələrimiz bərpa olunur. Azərbaycan “Bakı Prosesi”nin ayrılmaz komponentləri olan Mədəniyyətlərarası Dialoq Forumları, Dünya Dini Liderlərinin Sammitləri və Bakı Beynəlxalq Humanitar Forumları kimi təşəbbüslər vasitəsilə dinlərarası dialoqun inkişafında fəal rol oynayır.

Komitə sədri çıxışının sonunda Rumıniya müsəlman icmasının üzvlərini mübarək Ramazan ayı münasibətilə təbrik edərək dünyaya sülh, əmin-amanlıq arzulayıb.

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Mart 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri