Dövlət layihələrində vergi pozuntuları Podratçı və subpodratçılara ciddi XƏBƏRDARLIQ
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsi hesabına maliyyələşdirilən layihələrdə iştirak edən podratçı və subpodratçılara ciddi xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, bu barədə xidmət məlumat yayıb.
Dövlət xidməti qeydə alınan əsas pozuntuları da sadalayıb:
- Əmtəəsiz və riskli əməliyyatlar;
- Layihə ilə əlaqəsiz məqsədlərlə vəsaitin istifadə olunması;
- Əmək müqaviləsiz işçi çalışdırılması;
- Sənədsiz mal və xidmət təqdimatı.
"Bu hallar riskli vergi ödəyicisi statusu almağa, maliyyə sanksiyası və hətta cinayət məsuliyyəti ilə üzləşməyə səbəb ola bilər.
Vergi Xidməti layihələrdə iştirak edən bütün tərəfləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır", - deyə məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 04 İyun 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















