Icma.az
close
up
RU
Dövlət proqramı ilə gedənlərə imkan yaradılır ki, sonra ölkəyə qayıtsın və qayıdan kimi işlə təmin olunsunlar

Dövlət proqramı ilə gedənlərə imkan yaradılır ki, sonra ölkəyə qayıtsın və qayıdan kimi işlə təmin olunsunlar

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev xaricdə təhsil üzrə dövlət proqramı üçün qəbul prosesinin daha da çətinləşdirməyi düşündüyünü bildirib. Bilirik ki, hər il yüzlərlə azərbaycanlı gənc xaricə təhsil almaq üçün müraciət edir.Azərbaycanlı tələbələrin ən çox üz tutduğu ölkələr hansılardır?Nazirin bu qərarı verməsi nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına təhsil eksperti Elçin Əfəndi bildirib ki, Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində ölkə vətəndaşları istər bakalavr, istər magistratura, istərsə də doktorantura pilləsi üzrə təhsil ala bilirlər: “Yaradılmış bu imkan ilkin mərhələdə 2022-2026-cı illəri əhatə etsə də, sonra dövlət başçısının müvafiq sərəncamı əsasında 2028-ci ilə qədər uzadıldı. Həmin dövrə qədər bizim ölkə vətəndaşları dünyanın nüfuzlu xarici ölkə universitetlərində təhsil almaq imkanı qazana bilirlər. Əlbəttə bu zaman onlar ilk növbədə ABŞ və Çinin inkişaf etmiş universitetləri, Sinqapur, Cənubi Koreya, Almaniya, Böyük Britaniya kimi ölkələrin universitetlərinə daha çox müraciət etsələr, onların qəbul olmaq məsələsi də real olar. Çünki təhsil nazirinin də qeyd etdiyi kimi artıq müraciət edənlərin seçim prosesi çətinləşir. Demək olar ki, əksəriyyəti nüfuzlu universitetlərə, yaxud dünya reytinqində yer alan universitetlərə qəbul olurlar. Amma artıq seçim prosesində dünyanın ən öndə gedən nüfuzlu universitetlərinə üstünlük verilməsi üçün bir qərar qəbul olunacaq. Nazirin də bu qərarı verməsi seçim prosesini daha da şəffaf, obyektiv olmasından irəli gəlir. Çünki başlıca məqsəd TOP 10 və TOP 20 universitetlər var ki, o istiqamətlərdə qəbul olanlar üçün dövlət büdcəsindən maliyyə ayrılacaq”.

Elçin Əfəndi

Təhsil eksperti vurğulayıb ki, “Dövlət proqramı ilə qoşulub xaricdə təhsil alan varsa, onlarla artıq ölkədən çıxanda əmək müqaviləsi bağlayırlar. Ən azı 3-5 il hər hansısa ölkədə fəaliyyət göstərməlidirlər. Demək olar ki, birbaşa iş imkanlarını təmin edərək gedirlər. Dövlət proqramı ilə gedib xaricdə təhsil alırlarsa, onlar əmək müqaviləsi bağlayıb gedir. Amma öz hesabına gedib xaricdə təhsil alırsa, onların təbii ki, iş problemləri yaranır. Xüsusilə, attestatla xaricə təhsil alanlarda belə bir problem var. Dövlət proqramı ilə gedənlərə dövlət imkan yaradır ki, həmin o şəxslər ölkəyə qayıtsın və qayıdan kimi işlə təmin olunsun”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 02 Oktyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri