Icma.az
close
up
RU
Dövlət qulluğuna qəbul: İştirakçıların əksəriyyəti sistemli hazırlıq keçmədən imtahana qatılır

Dövlət qulluğuna qəbul: İştirakçıların əksəriyyəti sistemli hazırlıq keçmədən imtahana qatılır

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, mayın 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirilib.

İmtahanda ümumilikdə 1648 namizəd iştirak edib. Nəticələrə əsasən, 467 namizəd tələb olunan şərtləri ödəyərək imtahandan uğurla keçib və dövlət qulluğunda çalışmaq hüququ qazanıb.

Bu göstəricilər niyə azdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, 1648 nəfər iştirakçıdan yalnız 467-nin dövlət qulluğu imtahanında uğurlu nəticə göstərməsi, yəni keçid balını toplaması, bu mərhələnin cəmi 28,3%-lik müvəffəqiyyət səviyyəsi ilə nəticələndiyini göstərir. Onun sözlərinə görə, bu, kifayət qədər aşağı göstərici sayılır və prosesin həm strukturunda, həm də iştirakçıların hazırlığında ciddi çatışmazlıqların olduğunu ehtimal etməyə əsas verir:

"Əvvəla, bu nəticə imtahanın çətinliyi ilə yanaşı, hazırlıq prosesinin keyfiyyətsizliyi və normativ baza ilə təcrübə arasındakı uyğunsuzluqla da bağlıdır. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən dövlət qulluğu imtahanları həm hüquqi bilikləri (Konstitusiya, “Dövlət qulluğu haqqında” Qanun, əmək, inzibati və maliyyə qanunvericiliyi və s.), həm də məntiq, məlumat emalı, situasiya analizləri kimi bacarıqları yoxlayır. Bu imtahan formatı əgər nəzəriyyə yönümlüdürsə və praktiki yanaşmalarla zəif əlaqəlidirsə, nəticə də bu qədər aşağı olur. Məhz bu səbəbdən iştirakçılar arasında belə bir fikir formalaşır ki, “imtahan çox çətin idi”.

Ekspertə görə, eyni zamanda bu rəqəm bizə onu göstərir ki, iştirakçıların əksəriyyəti dövlət qulluğuna sistemli hazırlıq keçmədən, sadəcə ümumi bilik və şəxsi təcrübəyə güvənərək imtahana qatılır:

"Hazırda Azərbaycanda dövlət qulluğu imtahanlarına hazırlıq üçün fəaliyyət göstərən repetitor və kurs strukturları kifayət qədər nizamsızdır, vahid metodik baza yoxdur. Bu isə iştirakçıların real imtahanın məzmununa uyğun hazırlıq keçməsinə mane olur".

Kamran Əsədov: 28%-lik müvəffəqiyyət səviyyəsi təəssüf doğuran, lakin təəccübləndirici olmayan bir göstəricidir

Müsahibimizin dediyinə görə, daha ciddi problem ondan ibarətdir ki, dövlət qulluğu sahəsində kadr ehtiyacları olduğu halda, bu cür aşağı keçid faizi vakansiyaların boş qalmasına, dövlət strukturlarında gənc və dinamik kadrlarla yenilənmənin ləngiməsinə səbəb olur. Əgər dövlət sistemi gəncləşmək, şəffaf və bilikli kadrlarla təchiz olunmaq istəyirsə, bu imtahan sisteminin məqsədi yalnız süzgəc yaratmaq yox, həm də yönləndirici və hazırlayıcı bir mexanizm olmalıdır.

K.Əsədov sonda vurğulayıb ki, 28%-lik müvəffəqiyyət səviyyəsi təəssüf doğuran, lakin təəccübləndirici olmayan bir göstəricidir:

"Bu rəqəm həm imtahanın məzmununun, həm də hazırlıq sisteminin ciddi təhlilinə ehtiyac olduğunu ortaya qoyur. Əgər dövlət idarəçiliyi keyfiyyətli kadrlara əsaslanacaqsa, bu imtahanlar yalnız ələmə yox, inkişaf və istiqamətləndirmə mexanizmi rolunu da oynamalıdır. Hazırlıq kurslarının akkreditasiyası, təlimlərin vahid metodika əsasında keçirilməsi, imtahanlardan sonra rəy və təhlil sisteminin yaradılması və nəticələrin təhlilinə əsaslanaraq tədris materiallarının yenilənməsi bu sahədə real irəliləyiş üçün vacibdir".

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 May 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see326

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see208

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see187

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see180

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see180

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see168

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see156

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see133

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see131

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see130

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri