Çingiz Qənizadə: İtkin düşmüş şəxslər üzrə dövlət komissiyaları danışıqlarla yetinməməlidir
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qarabağ savaşı başlayandan bu günə qədərki itkilərimizin sayı minlərlədir
Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.
Görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər.
Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.
Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a deyib ki, bundan öncəki görüşlərdə müzakirə edilən məsələlərdən sonra Ermənistan tərəfinin Azərbaycana lazımi məlumatları verib-verməməsi sual altındadır:

"44 günlük Vətən müharibəsindən öncə də Prezident İlham Əliyev demişdi ki, görüş xatirinə görüşdən imtina edir. Həmçinin o, əməli işlərin görülməsinin vacibliyini vurğulamışdı. Bu mənada itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları sadəcə danışıqlarla yetinməməlidir. Bəzi məxfi məlumatların olması və açıqlanmaması normaldır. Lakin unutmayaq ki, Qarabağ savaşı başlayandan bu günə qədərki itkilərimizin sayı minlərlədir. Ermənilər 50-100 nəfər axtarırlarsa, bizim 4 minə yaxın itkin soydaşımızın taleyindən xəbər yoxdur. Buna görə də Ermənistan tərəfi mütləq şəkildə şərait yaratmalıdır ki, onların qalıqlarını tapıb ailələrinə təqdim edək. Ümumiyyətlə rəsmi İrəvan səmimi olmalıdır. Eyni zamanda Azərbaycanın qaldırdığı bütün məsələlərə ədalətli yanaşaraq obyektiv mövqe sərgiləməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















