Dövlət qulluqçularının sosial təminatını gücləndirən qanun layihəsi müzakirəyə çıxarılıb
Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.
Milli Məclisin deputatı Əli Hüseynli payız sessiyasının növbəti plenar iclasında Dövlət qulluğu sahəsində aparılan islahatlar və müzakirəyə çıxarılan qanun layihəsi barədə çıxış edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat Dövlət Qulluğu İdarəetmə Şurasının fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, parlament üzvlərinin də iştirak etdiyi Şurada son illər dövlət qulluğu haqqında qanuna mütərəqqi dəyişikliklər edilib:
“Bu qanun layihəsi də belə mütərəqqi layihələrdən biridir. Məqsəd dövlət qulluqçularının vəzifədən çıxdıqdan sonra sosial-maddi təminatını daha da gücləndirməkdir”.
Əli Hüseynli qanun layihəsinin əsas yeniliklərini diqqətə çatdırıb:
Pensiya yaşına çatmış dövlət qulluqçularına birdəfəlik haqqın verilməsi mexanizmi dəqiqləşdirilib, bu həm də xidmət müddətini tamamlayan şəxsləri pensiyaya çıxmağa təşviq edir.
Dövlət qulluqçusu vəfat etmiş və ya itkin düşmüş hesab edilirsə, müavinət onların vərəsələrinə ödəniləcək.
Həqiqi hərbi xidmətə və ya alternativ xidmətə çağırılan dövlət qulluqçularına həm müavinət ödənilir, həm də iş yerləri qorunub saxlanılır.
Deputat bildirib ki, bu qanun layihəsi dövlət qulluğunun daha effektiv idarə olunmasına, sosial təminatın gücləndirilməsinə və pensiya sisteminin möhkəmlənməsinə xidmət edəcək.
Əli Hüseynli həmçinin qeyd edib ki, layihəyə əlavə edilmiş dəyişikliklər və əlavələr digər müvafiq qanunlarla uyğunlaşdırma xarakteri daşıyır.
Afət ZİYADQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 16 Dekabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















