Icma.az
close
up
RU
Nəqliyyat ekspedisiya fəaliyyəti haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

Nəqliyyat ekspedisiya fəaliyyəti haqqında qanun layihəsi müzakirəyə çıxarılıb

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Oxu.Az xəbər verir ki, qanun layihəsi 8 fəsil, 31 maddədən ibarətdir, Azərbaycan Respublikasının ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyəcək.

Layihəyə əsasən, daşıyıcı yük daşınması müqaviləsi əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar, ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkar, ekspeditora verilən muzd nəqliyyat-ekspedisiya müqaviləsinin yerinə yetirilməsi üçün müştərinin ekspeditorun bank hesabına köçürülməklə ödədiyi puldur. Ekspeditora ödənilən muzda nəqliyyat-ekspedisiya müqaviləsinin icrasına cəlb edilən şəxslərə ödənilən xidmət haqları, habelə müqavilənin icrası üzrə ekspeditorun çəkdiyi xərclər, gömrük ödənişləri, vergilər və digər icbari ödənişlər daxil deyildir.

Nəqliyyat-ekspedisiya fəaliyyəti yüklərin daşınması ilə bağlı nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi üzrə ekspeditor tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətidir. Nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları müştərilər, ekspeditorlar, daşıyıcılar və nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsində iştirak edən digər hüquqi və fiziki şəxslərdir. Nəqliyyat-ekspedisiya xidmətləri - nəqliyyat-ekspedisiya müqaviləsi əsasında yüklərin bir və ya bir neçə nəqliyyat növü ilə daşınmasının təşkili və (və ya) həyata keçirilməsi ilə bağlı olan, ekspeditorlar tərəfindən göstərilən xidmətlərdir. Yük-nəqliyyat sənədi - müştəri və ya ekspeditor tərəfindən verilən, yükün müştəri tərəfindən təhvil verilməsini, eləcə də ekspeditor tərəfindən qəbul edilməsini, anbarda saxlanılmasını və təhvil verilməsini təsdiq edən sənəddir.

Ələt azad iqtisadi zonasında nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.

Nəqliyyat-ekspedisiya xidmətləri müştəri və ekspeditor arasında bağlanılmış nəqliyyat-ekspedisiya müqaviləsi əsasında həyata keçiriləcək. Hüquqi şəxslər və fərdi sahibkarlar nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi üçün "Lisenziyalar və icazələr haqqında" qanunla tələb olunduğu halda zəruri lisenziyanı və icazəni almalı, habelə müvafiq müqavilələr bağlamalıdırlar. Nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmaqdıqda, nəqliyyat-ekspedisiya müqaviləsinin icrası zamanı ekspeditor öz adından və ya müştərilərinin adından üçüncü şəxslərlə müqavilələr bağlamaq hüququna malikdir. Nəqliyyat-ekspedisiya müqaviləsi ilə nəzərdə tutulan hallarda, eləcə də müqavilədə ekspeditora belə hüquq verilmədikdə müştəri tərəfindən verilən etibarnamə əsasında ekspeditor üçüncü şəxslərlə münasibətlərdə müştərinin adından hərəkət edir. Bu zaman ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müştərinin adından bağladığı bütün müqavilələrin əslini beş gün ərzində müştəriyə təqdim etməlidir.

Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin icrası üçün başqa ekspeditor cəlb etdikdə müştərinin razılığı ilə əlavə nəqliyyat-ekspedisiya müqaviləsi bağlamalıdır. Bu halda digər ekspeditoru cəlb edən ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən müştərinin hüquq və vəzifələrini əldə edir.

Hər bir tərəf 30 iş günü əvvəldən digər tərəfə yazılı qaydada (kağız daşıyıcıda və ya elektron sənəd formasında) xəbərdarlıq etməklə nəqliyyat-ekspedisiya müqaviləsini ləğv etmək hüququna malikdir. Nəqliyyat-ekspedisiya müqaviləsi birtərəfli qaydada ləğv edildiyi halda, müqavilənin ləğvi ilə bağlı müraciət edən tərəf digər tərəfə müqavilənin ləğv edilməsi ilə bağlı dəymiş zərəri və əldən çıxmış gəlirlərini ödəyir. Müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı dəymiş zərər və əldən çıxmış gəlirlər üzrə ödənilən vəsait nəqliyyat-ekspedisiya müqaviləsinin icrası üzrə çəkdiyi xərclərin ödənilməsi üçün kifayət etmədikdə, hər bir tərəf ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Nəqliyyat-ekspedisiya müqaviləsi birtərəfli qaydada ləğv edildiyi halda, müştəri muzdun ekspeditor tərəfindən göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin həcminə uyğun olan hissəsini və ekspeditorun müqavilənin icrası üzrə çəkdiyi xərcləri təsdiqedici sənədlər əsasında ödəyir. Müştəri qeyd edilən ödənişləri tam ödəmədikdə ekspeditor onların tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Nəqliyyat-ekspedisiya müqaviləsi ekspeditorun həmin müqaviləni düzgün yerinə yetirməməsi nəticəsində birtərəfli qaydada ləğv edildiyi halda müştərinin, əgər bu Qanunda və müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, müqavilənin ləğv edilməsi ilə bağlı dəymiş zərərin və əldən çıxmış gəlirlərinin əvəzinin ödənilməsini tələb etmək hüququ var.

Ekspeditorlar könüllü olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunlarla müəyyən edilmiş qaydada yaradılan ictimai birliklərdə birləşə bilərlər.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see223

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see217

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see202

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see189

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see187

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see146

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see139

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see137

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri