Icma.az
close
up
RU
Dövlət qurumlarının istiqraz layihələri Nə qədər effektivdir?

Dövlət qurumlarının istiqraz layihələri Nə qədər effektivdir?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər bəzi dövlət qurumları əlavə dövriyyə vəsaiti cəlb etmək üçün qiymətli kağızlar-istiqrazlar buraxır. Amma məsələyə birtərəfli maraq prizmasından yanaşan bəzi qurumlar sonda istiqraz sahibləri qarşısında çətin duruma düşür.
Məsələn, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti istiqraz buraxılışı yolu ilə investorlardan milyonlarla dollar borc alıb. Hazırda o borcların qaytarılmasında problem yaşanır. Çünki QSC-nin xalis mənfəti ilbəil azalır.
 

Belə ki,  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 2024-cü ili 14 milyon 495 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2023-cü ili 43 milyon 685 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 3 dəfə azalıb.

QSC-nin əsas əməliyyat gəlirləri 2023-cü ildə 524 milyon 195 min manat ikən 2024-cü ildə 445 milyon 403 min manata düşüb (78 milyon 792 min manat və ya 17,7% azalıb).
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, son illər dövlətə məxsus qurumların istiqraz buraxması normal maliyyə alətidir:
“Lakin problem istiqrazın özündə yox, ondan əldə olunan vəsaitin necə istifadə olunmasındadır. Əsas səbəblərdən biri odur ki, cəlb edilən pul çox vaxt gəlir gətirən, özünü doğruldan layihələrə yox, mövcud xərclərin örtülməsinə, struktur problemlərin “yamaqlanmasına” və ya səmərəsiz investisiyalara yönəldilir. Nəticədə istiqrazın vaxtı çatanda ödənişi təmin edəcək stabil pul axını yaranmır.
Digər mühüm səbəb zəif maliyyə planlamasıdır.

Bir çox dövlət qurumları borc götürərkən gələcək gəlir azalması, bazar dəyişiklikləri, əməliyyat xərclərinin artması kimi riskləri düzgün hesablamır. Xüsusilə xarici valyutada buraxılan istiqrazlar valyuta riskini artırır. Gəlir manatla formalaşır, borc isə dollarla ödənilməlidir və bu, vəziyyəti daha da ağırlaşdırır”.
Müsahibimiz onu da qeyd edib ki, dövlət şirkətlərində idarəetmə motivasiyası özəl sektor qədər sərt olmur:

“Zərər və ya səmərəsizlik birbaşa rəhbərliyin şəxsi məsuliyyətinə çevrilmədiyi üçün maliyyə intizamı zəifləyir. İstiqrazdan gələn vəsait “ucuz pul” kimi qəbul olunur və onun geri qaytarılma yükü yetərincə ciddiyə alınmır.

Çıxış yolu ilk növbədə maliyyə intizamının gücləndirilməsidir. İstiqraz hesabına cəlb olunan vəsait yalnız real gəlir gətirən layihələrə yönəldilməli, borcun qaytarılması üçün əvvəlcədən konkret pul axını planı olmalıdır. Zərurət yaranarsa, borclar investorlarla razılaşma yolu ilə restrukturizasiya edilməli, müddətlər və ödəniş qrafikləri şirkətin real imkanlarına uyğunlaşdırılmalıdır. Şəffaflıq artırılmalı, investorlar real risklər barədə açıq məlumat almalıdır.
Ən vacibi isə dövlət qurumlarında idarəetmə islahatları aparılmalı, səmərəsiz xərclər azaldılmalı və borc götürmək son çıxış yolu kimi qəbul edilməlidir”.
Maraqlıdır, dövlət qurumları tərəfindən buraxılan istiqrazlar dövlət tərəfindən təminat alırmı və sığortalanırmı?
Bununla bağlı Mərkəzi Banka sorğu ünvanladıq.


Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Yanvar 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri