Dövlət qurumu bağça binasını həmin bağçanın direktorundan icarəyə götürdü
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsi fiziki şəxs Əzizova Gülşən Məmmədağa qızı ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə Salyan şəhər 5 saylı uşaq bağçasının binasının icarəsi nəzərdə tutulur. İcarə haqqı olaraq Gülşən Əzizovaya 12 000 manat ödəniləcək.
Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. İcarə müddəti haqqında açıq mənbələrdə məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, Gülşən Əzizova 5 saylı uşaq bağçasının direktorudur. Beləliklə, aydın olur ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi 5 saylı bağçanın icarəsi üçün onun direktoru ilə müqavilə imzalayıb.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 09 Aprel 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















