Dövlət rüsumu ödəyənlərin diqqətinə Milyonlarla manat...
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı ilin yanvar-sentyabr aylarında dövlət rüsumlarının hesablanması, ödənilməsi və büdcəyə daxilolmalarına nəzarət proseslərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində “e-rüsum” altsistemi üzrə mühüm göstəricilər əldə olunub.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövrünün nəticələrinə əsasən, “e-rüsum” informasiya sistemi üzrə 125 245 elektron bildiriş və 115 370 elektron qəbz formalaşdırılıb. Sistem üzərindən ödənilmiş dövlət rüsumlarının ümumi məbləği 52,662 milyon manat təşkil edib.
Qeyd edək ki, “e-rüsum” Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) altsistemlərindən biridir. Bu altsistem “e-bildiriş”lərin təqdim edilməsini, hesablanmış dövlət rüsumları haqqında məlumatların real vaxt rejimində əldə olunmasını, artıq və ya düzgün tutulmamış rüsumlarla bağlı müraciətlərin elektron qaydada idarə edilməsini, həmçinin rüsumların büdcəyə köçürülməsinə elektron nəzarət və uçotun aparılmasını təmin edir. Toyuqlu pizza
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 07 Oktyabr 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















