Icma.az
close
up
RU
Dövlət satınalmalarında ehtiyatlı olun: Cinayət hesab olunan hallar dəyişdirilir DETALLAR

Dövlət satınalmalarında ehtiyatlı olun: Cinayət hesab olunan hallar dəyişdirilir DETALLAR

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda dövlət satınalmaları ilə bağlı yeniliklər olacaq. Daha dəqiqi satınalma zamanı qanunvericiliyin pozulmasına görə, cəzalarını tətbiqi halları bir qədər dəyişdirilir. 

Hurriyyet.az xəbər verir ki, bu məsələ hazırda Milli Məclisdə baxılan Cinayət və İnzibati Xatalar Məcəllələrinə dəyişikliklərdə nəzərdə tutulur. 

Dəyişikliklərə əsasən, satınalma qaydalarının pozulmasına görə, Cinayət Məcəlləsində nəzərdə tutulan cəzalar olduğu kimi qalır, amma cinayətə səbəb olacaq hallar dəyişdirilib. 

Beləliklə, indiyədək qanuna (maddə 308-2.1) görə, satınalan təşkilat satınalma prosedurları keçirilmədən müqavilə bağlayıb dövlət vəsaitin xərcləyirdisə və ya satın almanı tender üsulu və elektron satınalma ilə həyata keçirməli olduğu halda bunu etmirdisə, bu cinayət sayılırdı. İndi isə Dövlət satınalmaları haqqında yekni qanuna görə, cinayət sayılan hallar bir qədər dəyişdirilib. 

Artıq satınalmanı qanuna uyğun keçirməməklə yanaşı, nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etmək, eləcə də keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokolun nəzarət orqanı tərəfindən təsdiq edilmədən müqaviləç bağlanması da cinayət sayılacaq və buna görə cəza müəyyən edilib. 

Belə hallara görə, cinayət nəticəsində vurulmuş ziyanın 2-3 misli miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2i ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

Bundan başqa, indiyədək qanunda tender keçirməkdən yayınmaq üçün satınalma məbləğinin hissələrə bölünməsinə görə cəza nəzərdə tutulurdusa, indi bu maddə (308-2.2) Cinayət Məcəlləsində yığışdırılıb. Böyük ehtimalla «Dövlət satınalmaları haqqında» yeni qanunda bu hallar bloklanıb. 

Əvəzində satınalmalarla bağlı cinayətlərin siyahısına ərzaq mallarının satın alınması qaydalarının pozulması üzrə ayrıca cinayət məsuliyyəti müəyən edilib. Yuxarıda xatırlanan 308-2.2-ci maddə dəyişdirilərək ərzaq mallarının alınmasına həsr edilib. 

Burada deyilir ki, satınalan təşkilatın vəzifəli şəxsi ərzaq məhsullarını mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutması baş verərsə, bu cinayət sayılacaq.

Həmin əməl xeyli miqdarda ziyan vurduqda – vurulmuş ziyanın 2-3 misli məbləğdə cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

Daha bir dəyişiklik satınalan təşkilatlara yaxın olan və ya ona bağlı olan qurumların bu satınalmada iştirakı ilə bağlıdır. İndiyədək qanunda (maddə 308-2.3) bu məsələ «Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin  həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol vermə» kimi təsvir edilirdi, indi isə daha da təkmilləşdirilib.

Yeni variantda qeyd edilir ki, “Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərini xərcləsə, bu cinayət məsuliyyəti nəzərdə tutacaq. 

Cəza dəyişməyib: cinayət nəticəsində vurulmuş ziyanın 2-3 misli həcmində cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə. 

Eyni hal bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; təkrar törədildikdə; külli miqdarda ziyan vurduqda cizalar ağırlaşır: cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2-4 il azadlıqdan məhrum etmə. 

Xatırladanq ki, bu maddələrlə bağlı xeyli miqdar dedikdə 50-250 min manat, külli miqdar dedikdə isə 250 min manatdan artıq məbləğ nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 Fevral 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri