Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Dövlət satınalmalarında şifahi müqavilə olmaz Ali Məhkəmə KONKRET

Dövlət satınalmalarında şifahi müqavilə olmaz Ali Məhkəmə KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycan Ali Məhkəməsinin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə yeni qərar qəbul edib.

Bu barədə KONKRET.az-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, qərarda podrat müqaviləsinin hüquqi mahiyyəti, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələbləri və “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, müqavilə tərəflərinin hüquqları və öhdəlikləri ətraflı izah olunub:

“Bu hüquqi mövqelər həm sahibkarlar, həm dövlət qurumları, həm də vətəndaşlar üçün müqavilə münasibətlərinin daha təhlükəsiz və hüquqi baxımdan müəyyən şəkildə qurulmasına xidmət edir.

Podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış haqq (muzd) ödəmək öhdəliyini nəzərdə tutan müqavilədir. Podrat müqaviləsinin predmetini podratçı tərəfindən müəyyən bir işin görülməsi və həmin işin nəticəsinin sifarişçiyə təhvil verilməsi təşkil edir”.

Plenum qərarında göstərilir ki, podrat və xidmət müqavilələri fərqli hüquqi nəticələr doğuran müstəqil müqavilə növləridir:

“Təcrübədə bu münasibətlərin qarışdırılması tərəflərin hüquq və vəzifələrinin, məsuliyyətinin və tətbiq edilməli hüquq normalarının yanlış müəyyənləşdirilməsinə səbəb ola bilər. Buna görə müqavilənin hüquqi təbiəti yalnız onun adına görə deyil, faktiki məzmunu, tərəflərin öhdəliklərinin xarakteri və əldə edilməli nəticənin mahiyyəti nəzərə alınmaqla müəyyən edilməlidir.

Podrat müqaviləsində əsas məqsəd gözlə görünən və ya maddiləşə bilən (o cümlədən elektron formada təqdim olunan) konkret nəticənin əldə edilməsidir. Məsələn, daşınmaz əmlak tikilir və ya təmir olunur, yol çəkilir, avadanlıq quraşdırılır, kompüter proqramı hazırlanır və s. İcraçının məsuliyyəti də həmin nəticənin keyfiyyəti ilə bağlıdır”.

Xidmətlərin göstərilməsi isə maddiləşə bilən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Onun məqsədini həmin fəaliyyətin özü təşkil edir:

“Məsələn, mühafizə və ya təmizlik xidməti, hüquqi və ya mühasibatlıq xidməti, tədris xidməti və s. Xidmət göstərən şəxs konkret nəticənin əldə olunmasına zəmanət vermir. Onun məsuliyyəti podrat münasibətlərindən fərqli olaraq nəticənin keyfiyyəti ilə deyil, fəaliyyətin özünün lazımi qaydada və vicdanla icrası ilə bağlı olur.

Mülki Məcəllədə podrat müqaviləsi üçün xüsusi forma tələbi müəyyən edilməsə də, kommersiya fəaliyyətinin qanunvericilik əsasları (Vergi Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, “Nağdsız hesablaşmalar haqqında” Qanun və s.) kommersiya subyektləri arasında belə müqavilələrin yazılı formada bağlanmasını zəruri edir”.

Kommersiya münasibətlərinin sistemli, mürəkkəb, gəliryönümlü, risk və məsuliyyət daşıyan xarakteri bu münasibətlər üzrə daha yüksək sübutetmə standartını tələb edir:

“Yazılı müqavilə tərəflərin iradəsinin dəqiq, birmənalı və aydın ifadəsini təmin edir, hüquqi müəyyənliyi qoruyur və hüquqdan sui-istifadə imkanını məhdudlaşdırır. Bu baxımdan kommersiya subyektləri arasında olan münasibətlərdə podrat müqaviləsi yazılı formada bağlanmalıdır.

“Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri

Plenum Qərarında xüsusi olaraq vurğulanır ki, dövlət satınalmaları haqqında qanunvericiliyin tətbiq olunduğu podrat işləri üzrə şifahi müqavilələrin bağlanmasına yol verilmir”.

Şifahi formada və ya “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən yazılı formada bağlanan müqavilə etibarsızdır:

“Həmin formada bağlanmış müqavilələrdən irəli gələn iddialar üzrə əqdin etibarsızlığının nəticələrinin (yəni, hər bir tərəfin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olması) tətbiq edilməsi, habelə qanundan irəli gələn digər hüquq münasibətlərinin (məsələn, əsassız varlanma) yaranması bir qayda olaraq istisna edilir.

Belə ki, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir. Mülki Məcəllənin əqdin etibarsızlığının nəticələrinin tətbiqi və əsassız varlanmaya dair qaydaların məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Qanunvericiliyin tələblərini bilərəkdən pozaraq hüquq münasibətlərinə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır. Bundan əlavə, əqdin etibarsızlığının nəticələrinin və ya əsassız varlanmaya dair qaydaların tətbiq edilməsi “Dövlət satınalmaları haqqında” Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur”.

Bu qəbildən olan işlərə baxılarkən, müvafiq dövlət orqanının vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarsa, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad da qəbul edilməlidir:

“Bununla yanaşı, Plenum istisna halları da nəzərdə tutur. Bu qəbildən olan işlərə baxılarkən, podratçıların hansı sahədə və neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, onların “Dövlət satınalmaları haqqında” Qanunun tələblərindən məlumatlı olub-olmamaları nəzərə alınmalıdır. Belə qiymətləndirmə nəticəsində həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədikləri, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, həmin işlər üzrə çəkilmiş xərclərin dəyəri orta bazar qiymətlərinə əsasən müəyyən edilərək, əsassız varlanma qaydalarına uyğun olaraq dövlət orqanlarından tutulmalıdır”.

Podrat münasibətlərində hüquqi risklərin qarşısının alınmasının ən etibarlı yolu müqavilənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsidir:

“Müqavilə bağlanarkən peşəkar hüquqi yardımdan istifadə olunması kommersiya risklərini azaltmaqla yanaşı, sonradan uzunmüddətli məhkəmə mübahisələrinin və əlavə xərclərin qarşısını ala bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Avqust 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri