Icma.az
close
up
RU
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri: Ramin adlı kurator kimlərin adından istifadə edir?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri: Ramin adlı kurator kimlərin adından istifadə edir?

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Son günlər sahibkarların Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli struktur bölmələri tərəfindən üzləşdiyi problemlər ciddi narahatlıq doğurur. Adıçəkilən qurumun yarıtmaz fəaliyyəti bütövlükdə sahibkarlıq mühitinin nə dərəcədə risk altında olduğunu aydın şəkildə göstərir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri tərəfindən iş adamlarına divan tutulur, fəaliyyətləri qanunsuz şəkildə dayandırılır. Hər-hansı bir obyektin bütün sənədləri qaydasında olsa da, nə əvvəlcədən xəbərdarlıq edilir, nə də hər hansısa yazılı qərar təqdim olunmadan sökülməyə başlanılır.

Ən narahatedici məqam isə, bu addımı atmış şəxslərdən biri tərəfindən obyektin fəaliyyətinin bərpasının min bir əssasslz bəhanələrlə qarşısının alınması olub. Bu, təkcə bir sahibkarın hüququnun pozulması deyil, həm də dövlət qurumuna olan inamın sarsıdılması deməkdir.

Mənə məxsus olan obyekt heç bir rəsmi əsas göstərilmədən bağlanıb. Vəziyyəti aydınlaşdırmaq üçün əlaqə saxladığım nümayəndə heç bir hüquqi əsas gətirmədən "kefinin belə istədiyini" açıq şəkildə deməkdən çəkinmir. Bu, təkcə mənim hüquqlarımın pozulması deyil. Bu, eyni zamanda dövlətin adından sui-istifadədir. Azad sahibkarlığa qarşı çıxan məmur həm dövlətin qanunlarına, həm də ictimai etibara zərbə vurur. Dövlət qurumlarının məqsədi vətəndaşa xidmət göstərməkdir, ona təzyiq göstərmək yox. Ancaq görünən odur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bəzi hallarda özünü nəzarətsiz və cəzasız hesab edir. Əslində paytaxtın abadlığı və tikintilərin qanuniliyənə nəzarət etməli olan bu qurum, bir neçə yerdə ağacların məhvedilməsi hesabına qanunsuz tikililərə göz yumur. Bu azmış kimi, Nəsimi rayonunda zibillik ərazini abadlaşdıran və burda yaşıllıq salan sahibkar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ramin adlı əməkdaşı tərəfindən incidilir və onun yaratdığı ekoloji səliqə-sahman məhv edilir. Maraqlıdır ki, özünün şəxsi istəklərini qanun halına salaraq sahibkarlara qan udduran Ramin adlı ərazi kuratoru gah Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin, gah da Nəsimi rayon icra hakimiyyətinin adını özünə qalxan seçir.

7news.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri