Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatı FOTOLAR
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Fevral ayının 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının "Sədərək" dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılmışdır. SİA xəbər verir ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü Gözəlov Nicat Ehtiram oğlu aşkarlanmışdır.
Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilmişdir.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Baxış sayı:62
Bu xəbər 27 Fevral 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















