Icma.az
close
up
RU
Dövlət sərhədinin pozulmasının və narkotik vasitələrin ölkəyə keçirilməsinin qarşısı alındı

Dövlət sərhədinin pozulmasının və narkotik vasitələrin ölkəyə keçirilməsinin qarşısı alındı

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlər 3 nəfər sərhəd pozucusu və narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 2 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən bildirilib.

Noyabr ayının 23-də saat 19:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Xudat sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Chouaib Bendemagh, noyabrın 25-də saat 00:05-də Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikası istiqamətində İİR vətəndaşları – 2004-cü il təvəllüdlü Rayenzadə Muhemmedrza Əli və 2008-ci il təvəllüdlü Mikayıllı Yeganə Nehmətulla dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Noyabrın 27-də saat 02:20-də isə Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-EA-559 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən və şübhəli hərəkətləri ilə diqqəti cəlb edən Abşeron rayon sakini, 1975-ci il təvəllüdlü Tahirzadə Faiq Şaiq oğlu və Masallı rayon sakini 1992-ci il təvəllüdlü Muradlı Dilqəm Qafil oğlu saxlanılıblar.

Saxlanılan şəxslərin idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 13 kiloqram 995 qram (11 kq 965 qram marixuana, 1 kq 525 qram tiryək, 505 qram metamfetamin) və 3980 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri