Icma.az
close
up
RU
Dövlət siyasəti üzrə resurslar daha səmərəli sektorlara yönəldildikdə, zəif nəticə göstərən müəssisələr ləğv olur

Dövlət siyasəti üzrə resurslar daha səmərəli sektorlara yönəldildikdə, zəif nəticə göstərən müəssisələr ləğv olur

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 22-də “Azərşin”ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə müəssisənin fəaliyyətinin dəyərləndirilməsi və fəaliyyətinin olmaması səbəbindən ləğv edilməsi, Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər məsələlər daxildir.Azərbaycanda çox önəmli olan bu müəssisənin fəaliyyəti niyə dayanır?

Məsələ ilə bağlı Bizimyol.info portalına açıqlamasında iqtisadçı-ekspert Famil Niftiyev bildirib ki, Əgər müəssisə müvafiq istehsal və satış həcmlərini təmin edə bilmirsə, xərclər gəlirləri üstələyir: “Azərşin” ASC-nin növbəti 22.10.2025-ci ildə ümumi yığıncağında gündəliyə salınmış məsələlər, xüsusən də cəmiyyətin fəaliyyətinin dayandırılması və ləğv olunması barədə müzakirələr göstərir ki, müəssisə artıq özünün iqtisadi əsaslandırılmış fəaliyyətini davam etdirməkdə çətinliklərlə üzləşib. Burada bir neçə əsas səbəb ön plana çıxır. İlk olaraq, şirkətin fəaliyyətinin davamlı olmaması ehtimalı istehsal güclərinin tam istifadə olunmaması, bazarda rəqabət imkanlarının zəifləməsi və maliyyə dayanıqlığının itirilməsi ilə bağlıdır. Əgər müəssisə müvafiq istehsal və satış həcmlərini təmin edə bilmirsə, xərclər gəlirləri üstələyir və bu da uzunmüddətli perspektivdə fəaliyyətin mənasızlaşmasına gətirir.

İkinci mühüm məqam odur ki, son illər Azərbaycanda sənaye müəssisələrinin səmərəliliyinə təsir edən amillər – yüksək əməliyyat xərcləri, idxaldan asılılıq, bazar payının məhdudluğu – kiçik və orta müəssisələrin ayaqda qalmasını çətinləşdirib. Belə bir şəraitdə “Azərşin” kimi şirkətlərin bazarda mövqelərini qoruyub saxlaması daha çox investisiya, modernizasiya və strateji tərəfdaşlıqlardan asılı olur.

Üçüncü tərəfdən, idarəetmə və korporativ strategiya problemləri də nəzərə alınmalıdır. Əgər müəssisədə uzunmüddətli inkişaf planları reallaşdırılmayıbsa, yeni texnologiyalara keçid baş verməyibsə və bazarda rəqabət üstünlüyü yaradılmayıbsa, fəaliyyətin davam etdirilməsi yalnız formal xarakter daşıyır. Bu da səhmdarların maraqlarına uyğun deyil”.

Famil Niftiyev

İqtisadçı-ekspert qeyd edib ki, əsas məqsəd fəaliyyətsiz bir strukturun saxlanılması əvəzinə, resursların daha səmərəli istifadəsinə yol açmaqdır: “Dövlət tənzimləmələri, yeni iqtisadi prioritetlər və bazarın ümumi strukturunda baş verən dəyişikliklər də “Azərşin” ASC kimi müəssisələrin gələcək mövcudluğuna təsir göstərir. Əgər dövlət siyasəti resursların daha səmərəli işləyən sektorlara yönəldilməsini tələb edirsə, zəif nəticə göstərən müəssisələrin ləğvi qaçılmaz olur. Nəticə etibarilə, “Azərşin” ASC-nin ləğv edilməsi müzakirəsi həm iqtisadi rasional yanaşmanın, həm də səhmdarların maraqlarının qorunmasının göstəricisi hesab oluna bilər. Burada əsas məqsəd fəaliyyətsiz və ya aşağı rentabelli bir strukturun saxlanılması əvəzinə, resursların daha səmərəli istifadəsinə yol açmaqdır. Bu, həm də ümumi iqtisadi mühitdə struktur islahatlarının təzahürü kimi qiymətləndirilə bilər”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Sentyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see223

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see158

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see138

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see137

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri