Dövlət Sosial Müdafiə Fondunun xərcləri artırılır
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Fondunun 2027-ci il üzrə xərclərinin 319,2 milyon manat həcmində olması proqnozlaşdırılır
Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə xərclərinin 319,2 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8 faiz çoxdur.
AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Onun sözlərinə görə, 2027-ci ildə işsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir.
“O cümlədən, 173 min şəxsin işlə təmin olunması, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətləri göstərilməsi proqnozlaşdırılır”, - deyə Anar Əliyev qeyd edib.
Nazir 2027-ci il ərzində 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırıldığını qeyd edərək deyib: "2027-ci ildə məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə işsizlikdən sığorta fondunun xərclərinin 61 faizinin və ya 194,2 milyon manatının yönəldilməsi proqnozlaşdırlır, o cümlədən işsizlikdən sığorta ödənişi üzrə 36 milyon manat vəsait nəzərdə tutulur".
Baxış sayı:63
Bu xəbər 06 Noyabr 2026 02:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















