Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

Dövlət Suverenliyi günü: Zəfər və Qürur tariximiz

Dövlət Suverenliyi günü: Zəfər və Qürur tariximiz

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Hər bir xalqın tarixində elə günlər var ki, həmin tarixlər zaman keçdikcə yalnız təqvimdə qeyd olunan gün olmaqla yanaşı, milli yaddaşın ayrılmaz hissəsinə çevrilir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü müasir Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisədir və xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə təsis olunan bu gün hər il dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və milli birliyimizin rəmzi kimi qeyd olunur.

Bu tarixi gün, Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlanan, onilliklər boyu davam edən çətin və şərəfli mübarizənin məntiqi sonu, dövlətimizin tam suverenliyinin təmin olunması ilə yadda qaldı. Azərbaycan XX əsrdə ikinci dəfə istiqlalına qovuşduqdan sonra Ermənistanın hərbi təcavüzünə məruz qaldı. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında saxlandı, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlər dağıdıldı.

Beynəlxalq hüququn prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, işğalın uzun müddət davam etməsi Azərbaycanı daha qətiyyətli addımlar atmağa vadar edirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu prosesdə dönüş nöqtəsi oldu. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini işğaldan azad etdi. 2020-ci il Zəfərindən sonra əsas vəzifələrdən biri Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin və suverenliyinin tam bərpası idi. Azərbaycan Respublikasının suverenliyini fiziki olaraq bərqərar etməsinin son akkordu 2023-cü il 19-20 sentyabrda lokal xarakterli antiterror tədbirləri hesab edilə bilər. 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Azərbaycanın əsgər və zabitləri mülki insanların heç birinə xəsarət yetirilmədən Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qondarma rejimin tör-töküntülərini tərksilah edərək ağ bayraq qaldırmağa məcbur etdi. Bu əməliyyatların nəticəsində qondarma separatçı rejim öznü buraxdığını elan etdi və bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi bərqərar olundu.

Beləliklə, Azərbaycan Respublikasının suverenliyi və Konstitusiya quruluşu tamamilə bərpa olundu, coğrafi-inzibati vahidliyimiz tamamlandı. Bu gün artıq qarşımızda tamamilə yeni reallıq dayanır. Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edib. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir. Azad edilmiş ərazilərimizin iqtisadi potensialının üzə çıxarılması, müasir infrastrukturun yaradılması və həmin ərazilərin ölkənin sosial-iqtisadi həyatına inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindəndir. Suverenlik bizə yalnız keçmişin qürurunu yaşamaq üçün deyil, gələcəyimizi daha inamla qurmaq üçün imkan verir. Əldə etdiyimiz tarixi Zəfərin qorunması, dövlət institutlarının daha da möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi, iqtisadi gücümüzün artırılması və insan kapitalının inkişafı suveren Azərbaycanın qarşısında duran əsas vəzifələrdəndir.

Bu baxımdan dövlət suverenliyinin bərpası bir son deyil, yeni inkişaf mərhələsinin başlanğıcıdır. Azərbaycan üçün suverenlik təkcə siyasi müstəqillik deyil, həm də də milli iradəni qorumaq, qanunun aliliyini təmin etmək, xalqın birliyini yaşatmaq və əldə edilmiş Zəfəri davamlı inkişafa çevirməkdir. Suverenlik həm qürur, həm də gələcək nəsillər qarşısında böyük məsuliyyətdir. Bu mənada 20 Sentyabr – Dövlət Suverenliyi Günü, xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin simvoludur. Bu gün, yalnız tarixə nəzər salmaqla kifayətlənmir, həm də gələcək nəsillərə dövlətçilik ruhunun aşılanması, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi üçün mühüm bir mesajdlr.

Fəzail İbrahimli,

Milli Məclisin Deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri