Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Dövlət suverenliyinin bərpası: Zəfər yürüşü davam edir

Dövlət suverenliyinin bərpası: Zəfər yürüşü davam edir

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hər bir xalqın öz müqəddəratını təyin etmək hüququ, dövlət müstəqilliyini qorumaq və inkişaf etdirmək əzmi onun milli varlığının əsasını təşkil edir. Azərbaycan xalqı əsrlər boyu böyük sınaqlarla, təzyiq və məhrumiyyətlərlə üzləşsə də, müstəqil yaşamaq idealından heç vaxt vaz keçməmişdir. Əzm, iradə və milli ruh sayəsində xalqımız müasir, müstəqil və tam suveren olan dövlətimizin mövqeyini qətiyyətlə müdafiə edir. Suverenlik yalnız hüquqi və siyasi anlayış deyil, həm də dövlət müstəqilliyini, ərazi bütövlüyünü və xalqın gələcək inkişaf perspektivlərini özündə ehtiva edən ali dəyərdir. Bu kimi amillər həm tarixi yaddaşımızın, həm də hazırkı dövrün reallıqlarının əsası olmaqla, milli birlik və həmrəyliyin dayağına çevrilmişdir.

Beynəlxalq hüquqa görə, suveren dövlət ali hakimiyyətə sahib, daxili və xarici siyasətində tam müstəqil və başqa ölkələrin təsirindən asılı olmayan subyektdir. Belə dövlətin sabit ərazisi, daimi əhalisi, legitim hökuməti və beynəlxalq münasibətlərdə tamhüquqlu iştirak imkanı olmalıdır. Azərbaycan Respublikası da bu xüsusiyyətləri ilə dünya birliyinin bərabərhüquqlu üzvüdür. Suverenliyin təmin edilməsi və qorunması dövlətin mövcudluğunu möhkəmləndirən, onun beynəlxalq nüfuzunu artıran ən mühüm amildir.
Azərbaycanın dövlət suverenliyi uzun illər boyunca Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. 1990-cı illərin əvvəlindən başlayaraq bu qonşu dövlətin işğalçı siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi – Qarabağ və ətraf rayonlar işğal altında saxlanılmış, yüz minlərlə soydaşımız məcburi köçkün vəziyyətinə düşmüş, kənd və şəhərlərimiz viran qoyulmuşdur. Bu faktorlar, həmçinin milli kimliyimizə qarşı yönəlmiş təhdid idi. Lakin xalqımız bütün çətinliklərə baxmayaraq, ölkəmizin müstəqilliyini möhkəmləndirmiş və mübarizədən heç vaxt geri çəkilməmişdir.
Ermənistanın uzun illər davam edən qeyri-konstruktiv mövqeyi və sülh danışıqlarını uzatmaq siyasəti dövlətimizi qətiyyətli addımlar atmağa vadar etdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq şanlı ordumuz əks-hücum əməliyyatına başladı. Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyin gücünü bütün dünyaya nümayiş etdirdi. Nəticədə Azərbaycan tarixi Zəfər qazanmaqla dövlət suverenliyini möhkəmləndirərək beynəlxalq hüququn aliliyi təmin etdi.
44 günlük müharibədən sonra da Ermənistan tərəfi təxribatlarını davam etdirməyə çalışırdı. Xüsusilə Laçın dəhlizi vasitəsilə qanunsuz silah daşınması, qondarma rejimin fəaliyyətinin davam etdirilməsi ölkəmizin təhlükəsizliyini təhdid edirdi. Azərbaycan dövləti 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaradaraq bu təhdidlərin qarşısını qətiyyətlə aldı. Bu addım ölkəmizin öz sərhədlərinə nəzarətini təmin etməklə, dövlət suverenliyinin daha da gücləndirilməsi istiqamətində tarixi nailiyyət oldu.
2023-cü il sentyabrın 19-20-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda separatçıların törətdiyi təxribatlara cavab olaraq lokal antiterror tədbirləri həyata keçirdi. Bir gün davam edən bu əməliyyat nəticəsində qondarma rejim özünü buraxmaq məcburiyyətində qaldı və Azərbaycan ərazilərində dövlət suverenliyi tam bərpa olundu. Bu, xalqımızın onilliklər boyu gözlədiyi tarixi ədalətin bərpası, müstəqil dövlətimizin gücünün və qüdrətinin təntənəsi idi.
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu qərar dövlətçilik tariximizdə mühüm mərhələ olmaqla yanaşı, xalqımızın müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda iradəsini, milli birliyimizi və gələcək nəsillərə tarixi Zəfərin əhəmiyyətini çatdırır. Eyni zamanda, həmin gün dövlətçilik ənənələrinin qorunması, suveren hüquqların müdafiəsi və milli maraqların qorunması istiqamətində atılan addımların beynəlxalq aləmdə tanınmasını təcəssüm etdirir. Ötən il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə çıxış edən dövlətmizin başçısı bildirib ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”.
Cənab İlham Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi və hüquqi əsaslarının gücləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biri də 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsidir. Bu qərar Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldir, xalqımızın milli kimliyini və müstəqil inkişaf yolunu dünyaya bir daha aydın şəkildə nümayiş etdirir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər dövlətin institusional dayanıqlığını gücləndirir, həmçinin milli maraqların qorunması və beynəlxalq arenada ölkəmizin tanınmış prinsiplərinin müdafiəsi üçün əhəmiyyətli baza rolunu oynayır.
Artıq Azərbaycan bütün sahələrdə yeni inkişaf dövrünə qədəm qoyub, bu şəraitdə ölkəmizin qarşısında duran əsas vəzifə iqtisadi yüksəlişi daha da sürətləndirmək, daxili sabitliyi möhkəmləndirmək və əldə olunmuş nailiyyətləri qoruyub saxlamaqdır. Dövlət suverenliyinin təmin edilməsi təkcə tarixi qələbə deyil, həm də xalqımızın gələcək rifahı naminə yeni imkanlar deməkdir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:367
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri