Icma.az
close
up
RU
Dövlət suverenliyinin təntənəsi ŞƏRH

Dövlət suverenliyinin təntənəsi ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Qarabağ bölgəsində 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri sadəcə hərbi əməliyyat deyildi. Bu əməliyyatlar Azərbaycan dövlətinin beynəlxalq hüquqa, üçtərəfli bəyanata və regional sabitliyə sadiqliyinin parlaq nümunəsi, eyni zamanda dövlət suverenliyinin tam bərpası idi. Ən əsası isə, bu addım sübut etdi ki, Azərbaycanın ali məqsədi müharibə və qarşıdurma deyil, dayanıqlı sülh və təhlükəsizlikdir.

Ermənistan silahlı qüvvələrinin Qarabağda qalması 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın açıq şəkildə pozulması idi. Halbuki həmin sənədin 4-cü bəndinə əsasən, Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini tamamilə tərk etməli idi. Əksinə, illər ərzində bu silahlı dəstələrin bölgədə mövcudluğu, mövqelərin möhkəmləndirilməsi, yolların minalanması və diversiya fəaliyyətləri regional sülhə ciddi təhlükə yaradırdı. Mülki şəxslərin və hərbçilərin mina qurbanına çevrilməsi isə 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması idi. Azərbaycan dövlətinin cavabı beynəlxalq hüquqa tam uyğun idi. BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan özünümüdafiə hüququndan istifadə edən Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icrasını faktiki reallığa çevirdi. Əməliyyatın gedişi isə Azərbaycan Ordusunun peşəkarlığını və humanist mövqeyini bir daha ortaya qoydu. Ordumuz yalnız legitim hərbi hədəfləri – istehkamları, atəş nöqtələrini, hərbi texnikanı zərərsizləşdirdi. Mülki əhali qorundu, infrastruktur hədəf alınmadı. Bu, həm Haaqa Konvensiyasının, həm də Beynəlxalq Humanitar Hüququn prinsiplərinə sadiqliyin göstəricisi idi. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə zəmanət vermək üçün SMS mesajlarından tutmuş humanitar dəhlizlərədək bütün vasitələri işlətdi. Ən mühüm məqamlardan biri də Azərbaycanın şəffaflığı idi. Əməliyyata başlamazdan əvvəl həm Rusiya sülhməramlı kontingenti, həm də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırıldı. Bu, dövlətimizin beynəlxalq tərəfdaşlığa sadiqliyini nümayiş etdirdi.

Azərbaycan cəmiyyəti də dövlətin ətrafında sıx birləşdi. 23 siyasi partiyanın birgə bəyanatla cənab Prezident İlham Əliyevin mövqeyini dəstəkləməsi milli həmrəyliyin tarixi nümunəsi oldu. Bu həm də Konstitusiyanın 9-cu maddəsində təsbit olunmuş ərazi bütövlüyünün qorunması prinsipinə xalqın və siyasi qüvvələrin sarsılmaz sədaqətinin ifadəsi idi. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni sakinlərini reinteqrasiya ilə bağlı dialoqa dəvət etsə də, separatçı rejim buna cavab vermədi. Halbuki BMT-nin 1970-ci il “Dövlətlər arasında dostluq münasibətləri prinsipləri haqqında Bəyannaməsi” açıq şəkildə göstərir ki, sülh yalnız əməkdaşlıq və dialoq yolu ilə mümkündür. Azərbaycan isə məhz bu prinsiplərə sadiq qaldı, bölgədə sabitliyin yeganə yolunun qanunsuz silahlı dəstələrin tərksilahı və separatçı qurumun ləğvi olduğunu sübut etdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, amma heç kəs Azərbaycanın maraqlarını və ərazi bütövlüyünü pozmağa çalışa bilməz.” Bu sözlər keçirilən əməliyyatlarının mahiyyətini – dövlət suverenliyinin tam bərpası və milli maraqların təminatı olduğunu ən aydın şəkildə ifadə edir.

2023-cü ilin sentyabr əməliyyatı Azərbaycan tarixinə yeni bir qələbə səhifəsi yazdı. Bu səhifə yalnız hərbi qələbə deyil, həm də beynəlxalq hüququn, milli həmrəyliyin və dövlət suverenliyinin təntənəsi oldu.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri