Icma.az
close
up
RU
Sülhün kövrəkliyi və dövlət suverenliyinin məsuliyyəti ŞƏRH

Sülhün kövrəkliyi və dövlət suverenliyinin məsuliyyəti ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin 15 oktyabr 2026-cı il tarixində Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısındakı çıxışında səsləndirdiyi “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” fikri Azərbaycanın müasir dövlətçilik fəlsəfəsini, siyasi iradəsini və beynəlxalq münasibətlərə yanaşmasını ifadə edən mühüm mesajdır.
Bu fikrin mahiyyəti yalnız müharibədən sonrakı dövrün reallıqları ilə məhdudlaşmır. Burada sülhün mahiyyətinə, onun qorunması üçün tələb olunan siyasi məsuliyyətə, dövlətlərin suveren hüquqlarına və beynəlxalq münasibətlərdə ədalət prinsipinə söykənən daha geniş yanaşma öz əksini tapır.
Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər və suverenliyinin tam bərpası ölkəmizin qarşısında yeni mərhələnin başlanğıcını qoydu. Otuzillik işğalın yaratdığı ağır nəticələrə, xalqımızın çəkdiyi iztirablara və dağıdılmış şəhər-kəndlərimizin ağrılarına baxmayaraq, Azərbaycan qisasçılıq siyasətini deyil, sülh təklifini önə çəkdi. Prezident İlham Əliyevin çıxışında bu mövqenin xalqımızın mənəvi keyfiyyətləri və dövlətimizin siyasi iradəsi ilə bağlılığı xüsusi vurğulandı.
Lakin sülhün təklif edilməsi ilə onun davamlı təminatı eyni anlayışlar deyil. Sülhün möhkəmlənməsi tərəflərin üzərinə düşən öhdəliklərə əməl etməsindən, qarşılıqlı etimadın formalaşmasından və dövlətlərin bir-birinin hüquqlarına hörmətindən asılıdır. Buna görə də sülhü qorumaq yalnız xoş niyyət deyil, həm də siyasi sayıqlıq, güclü müdafiə qabiliyyəti və milli maraqların ardıcıl müdafiəsi deməkdir.
Suverenlik — müstəqil qərar vermək hüququdur
Müasir dünyada dövlətlərin müstəqilliyinin qorunması təkcə ərazi bütövlüyü ilə ölçülmür. Suverenlik, eyni zamanda, ölkənin öz siyasi və iqtisadi inkişaf yolunu müəyyənləşdirmək, milli maraqlarına uyğun qərarlar qəbul etmək və daxili işlərini müstəqil şəkildə həll etmək hüququdur.
Heç bir dövlətin daxili siyasi seçiminə, idarəçilik modelinə və inkişaf prioritetlərinə kənardan təzyiq göstərilməsi beynəlxalq münasibətlərin sağlam prinsipləri ilə uzlaşmamalıdır. Dövlətlərarası münasibətlər qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və beynəlxalq hüquqa əsaslanmalıdır.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq münasibətlərdə ikili standartlara və ayrı-seçkiliyə əsaslanan yanaşmalara qarşı səsləndirdiyi fikirlər də məhz bu kontekstdə əhəmiyyət daşıyır. Beynəlxalq hüquq bütün dövlətlər üçün eyni meyarlarla tətbiq olunmalı, suverenlik və ərazi bütövlüyü prinsipləri siyasi maraqlardan asılı olmayaraq qorunmalıdır.
Müstəqil xarici siyasət və milli maraqlar
Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri milli maraqlara söykənən müstəqil mövqeyidir. Ölkəmiz beynəlxalq əməkdaşlığa, dialoqa və qarşılıqlı etimada üstünlük verməklə yanaşı, öz suveren hüquqlarının müdafiəsində qətiyyət nümayiş etdirir.
Bakıda keçirilən AQEM-in VII Zirvə toplantısı Azərbaycanın müxtəlif siyasi mövqelərə malik dövlətləri dialoq müstəvisində bir araya gətirmək imkanlarını da nümayiş etdirdi. Belə platformalar beynəlxalq gərginliklərin azaldılması, etimadın gücləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu, Azərbaycanın sülhə münasibətinin yalnız regional çərçivədə qalmadığını, daha geniş beynəlxalq əməkdaşlıq və təhlükəsizlik müstəvisində də ifadə olunduğunu göstərir. Sülhün qorunması üçün güc amili ilə diplomatiyanın, milli maraqlarla beynəlxalq əməkdaşlığın düzgün uzlaşdırılması vacibdir.
Sülh həm də məsuliyyətdir
Prezident İlham Əliyevin “Sülh hələ də kövrəkdir” fikri reallıqları düzgün qiymətləndirməyə və əldə edilmiş nailiyyətlərin qorunmasına çağırışdır. Tarixi Zəfərlə əldə olunan nəticələrin möhkəmləndirilməsi, dövlət suverenliyinin qorunması və davamlı sülhün təmin edilməsi ardıcıl siyasi iradə tələb edir.
Azərbaycanın mövqeyi aydındır: sülh müstəqillikdən imtina etmək, milli maraqları arxa plana keçirmək və ya suveren hüquqlara güzəştə getmək demək deyil. Əksinə, davamlı sülh yalnız suverenliyə hörmət, qarşılıqlı öhdəliklərə əməl olunması və beynəlxalq hüququn aliliyinin təmin edilməsi şəraitində mümkündür.
Bu baxımdan, Prezident İlham Əliyevin mesajı yalnız bu günün siyasi reallıqlarına deyil, gələcək nəsillərin təhlükəsizliyinə və dövlətimizin uzunmüddətli inkişafına yönəlmiş strateji yanaşmadır.
Çünki sülhü qorumaq üçün güclü dövlət, müstəqil siyasət və milli birlik lazımdır. Suverenliyi qorumaq isə dövlətin öz gələcəyini özü müəyyənləşdirmək iradəsini qorumaq deməkdir.
Neva Abdurahmanova

YAP Qusar rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri