Icma.az
close
up
RU
Dövlət tibb müəssisəsində analiz qalmaqalı

Dövlət tibb müəssisəsində analiz qalmaqalı

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Kliniki Tibbi Mərkəzdə həkim-uroloqun qəbulunda olan vətəndaş Orxan Həsənov dövlət səhiyyə sistemində yaşadığı çətinliklərlə bağlı şikayət edib.

AzPost xəbər verir ki, şikayətçinin sözlərinə görə, həkim ona bir neçə laborator testin verilməsini tövsiyə edib. Lakin bildirilib ki, “bu testləri dövlət tibb müəssisəsində etmək mümkün deyil, çünki reaktiv yoxdur”. Ardınca həkim özəl klinikanın blankında göndəriş yazaraq vətəndaşı həmin klinikaya yönləndirib.

“Həkim dedi ki, bu analizlər yalnız özəldə var. Mənə özəl klinikanın blankında göndəriş verdi. Halbuki mən dövlət müəssisəsində müayinə olunurdum”, – deyə Orxan Həsənov bildirib.

Vətəndaş bu vəziyyətlə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 çağrı mərkəzinə müraciət edib. Qaynar xəttdən ona bildirilib ki, sözügedən testlər dövlət tibb müəssisəsində də mümkündür və bunun üçün sadəcə sığorta şöbəsinə yaxınlaşmaq kifayətdir.

“Mən dediklərinə əməl etdim, yenidən Kliniki Tibbi Mərkəzə qayıtdım. Sığorta şöbəsindən bildirdilər ki, göndərişi həkim verməlidir. Daha sonra şöbə müdiri Nərminə xanımı tapmaq istədim, dedilər, işdə deyil. 2-ci mərtəbədən Afaq xanıma yönləndirdilər, o da ‘bizlik deyil’ cavabını verdi”, – deyə şikayətçi əlavə edib.

Orxan Həsənov yaranmış vəziyyətlə bağlı Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sualla müraciət edir:

“Dövlət tibb müəssisəsinin həkimi niyə özəl klinikanın blankında göndəriş verir? Görəsən həmin klinika həkimə nə vəd edib? Bir analiz üçün bu qədər qapı gəzmək bu qədərmi çətindir?”

Şikayətçi ölkədə səhiyyə sistemindəki problemlərin artıq dözülməz həddə çatdığını vurğulayır:

“Bizim səhiyyə çoxdan xəstələnib. Atalar demişkən, qoz beli qəbir düzəldər, amma görünür, bizim ‘ölmüş’ səhiyyəni qəbir də düzəldə bilmir.”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azpost.info
archiveBu xəbər 13 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri