Icma.az
close
up
RU
Dövlət və cəmiyyətin inkişafı naminə siyasi əməkdaşlıq

Dövlət və cəmiyyətin inkişafı naminə siyasi əməkdaşlıq

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Vəhdət Partiyasının VI Qurultayında yeni seçilmiş sədri Adəm İsmayıl oğlu Bakuvi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, A.Bakuvini partiya sədri seçilməsi ilə əlaqədar təbrik edən Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə siyasi müstəvidə sağlam əməkdaşlıq mühitini təşviq edən siyasi dialoqda partiyanın bundan sonra da fəal iştirakına ümid etdiyini bildirib.

Görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan çoxsahəli islahatlar, əldə olunmuş tarixi Qələbə, uğurla icra olunan Böyük Qayıdış proqramı, sağlam iqtidar-müxalifət münasibətlərinin dəstəklənməsinin vacibliyi, konstruktiv əməkdaşlıq əlaqələrinin inkişafı, Azərbaycana qarşı aparılan informasiya müharibəsində siyasi partiyaların fəal mövqe sərgiləməsinin əhəmiyyəti və digər bu kimi məsələlər barədə danışan Administrasiya rəsmisi dünyada müşahidə olunan münaqişələr və mürəkkəb proseslər fonunda milli həmrəyliyin qorunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulayıb.

Eyni zamanda, görüş çərçivəsində cəmiyyəti düşündürən məsələlərlə bağlı siyasi partiyalarla açıq müzakirələrin aparılması məqsədilə təşkil olunan müxtəlif tədbirlər haqqında fikir mübadiləsi aparılıb və bundan sonra da mövcud təcrübənin inkişaf etdiriləcəyi bildirilib.

Son dövrdə görülən məqsədyönlü işlər nəticəsində siyasi partiyaların ölkənin siyasi-ictimai həyatında artan rolunu qeyd edən A.Bakuvi sədrlik etdiyi partiya üçün milli maraqların və dövlətçilik mövqeyinin qorunmasının hər zaman prioritet təşkil edəcəyini vurğulayıb.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məsələsinin partiyanın fəaliyyətinin əsas istiqamətlərindən biri olacağını vurğulayan partiya sədri dialoq mühitini dəstəkləmək məqsədilə ölkədə fəaliyyət göstərən sağlam niyyətli siyasi partiyalar ilə açıq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinin də partiyanın gündəlik vəzifələrindən biri olacağını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri