Icma.az
close
up
RU
Dövlət Vergi Xidməti: Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi əsas məqsədlərdən biridir AZƏRTAC

Dövlət Vergi Xidməti: Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi əsas məqsədlərdən biridir AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 dekabr, AZƏRTAC

Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdən biri də bəzi ödənişləri nağd qaydada qəbul edən şəxslərə maliyyə sanksiyasının tətbiqi ilə bağlıdır.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən onlardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının, eləcə də avtomobil satışı istisna olmaqla, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alğı-satqısı üzrə ümumi məbləği 15 min manatdan çox ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi müəyyən olunsa da, bununla bağlı qanun pozuntusuna görə Vergi Məcəlləsində hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu.

Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının qarşılıqlı qiymətləndirmə hesabatında müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair qısamüddətli Tədbirlər Planı”nda “Nağdsız hesablaşmalar haqqında” Qanunun pozulması ilə əlaqədar tövsiyələr əks olunub. Hazırkı dəyişiklik adıçəkilən qanunda nəzərdə tutulmuş tələbin pozulmasına görə məsuliyyət tədbirinin müəyyən edilməsi ilə bağlıdır.

Beləliklə, bu qanunu pozmaqla aparılan əməliyyatlara görə təqvim ili ərzində 1-ci dəfə ümumi məbləğin 10, ikinci dəfə 20, 3-cü və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.

Dəyişiklik vergi nəzarəti mexanizmlərinin effektiv qurulması, bu sahədə şəffaflaşmanın artırılması, eləcə də nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədini daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see211

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see159

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see154

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see141

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see138

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see131

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri