“Dövlət biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilir AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 26 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Dövlət-biznes əməkdaşlığı və nəticələr” mövzusunda tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, özəl sektor təmsilçiləri, biznes assosiasiyalarının nümayəndələri, müstəqil ekspertlər iştirak edirlər.
Tədbirdə çıxış edən DVX-nin rəis müavini Samirə Musayeva bildirib ki, görüşün keçirilməsində əsas məqsəd vergi qanunvericiliyi və inzibatçılığında edilmiş və ya edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlı, eyni zamanda bu fəaliyyət prosesində aidiyyəti dövlət qurumları və biznes assosiasiyaları, sahibkarlıq subyektləri ilə birgə yaradılan qarşılıqlı əməkdaşlıq formatının nəticələrini təqdim etmək və yeni istiqamətləri müzakirə etməkdir.
Həmçinin qeyd olunub ki, görüşdə dövlət və özəl sektorun təmsilçiləri ilə birlikdə vergi qanunvericiliyinin tətbiqi sahəsində yaranan məsələləri müəyyənləşdirmək və səmərəli təkliflərin qanunvericiliyə daxil edilməsi üçün mümkün həlləri nəzərdən keçirmək nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 26 Noyabr 2024 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















