Icma.az
close
up
RU
Dövlət xəstəxanalarında doğuşdan sonra qadınlara psixoloji dəstək GÖSTƏRİLİR?

Dövlət xəstəxanalarında doğuşdan sonra qadınlara psixoloji dəstək GÖSTƏRİLİR?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hamiləlik dövründə, eləcə də doğuşdan sonra qadınların emosional və psixoloji sağlamlığı həm ana, həm də körpə üçün çox önəmlidir. Perinatal dövrdə stress, doğuş qorxusu, anaya bağlılıq problemləri və doğuş sonrası depressiya riski arta bilər. Ona görə də psixoloji dəstək önəmlidir. Çünki doğuş sonrası depressiya, digər perinatal psixi problemlər regionda və dünya üzrə geniş yayılıb.
Azərbaycanda illərdir özəl xəstəxanalar pasiyentlərə bu cür xidmətlər təklif edir. Lakin bu xidmətlər əlavə paket kimi təklif edilir ki, qiyməti də xeyli yüksəkdir.
Bildiyimiz kimi, ölkədə doğuş pulsuzdur. Yəni dövlət xəstəxanalarında hamilə qadınların müayinəsi və müalicəsi, doğuşun həyata keçirilməsi icbari tibbi sığorta ilə qarşılanır.
Bəs dövlət xəstəxanalarında sözügedən müddətdə qadınlara psixoloji dəstək göstərilirmi?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində psixoloji yardım xidməti təşkil olunur.
Bildirilib ki, bu məqsədlə artıq TƏBİB-in tabeliyindəki 52 tibb müəssisəsində 86 psixoloq ştatı yaradılıb.
Hazırda yeni ştat üzrə 35 tibb müəssisəsində psixoloq ixtisası üzrə ali təhsil almış 45 kliniki psixoloq fəaliyyət göstərir:
“TƏBİB-in Müşahidə Şurasının 19 iyul 2023-cü il qərarı ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yetkinlik yaşına çatmayan şəxslərə psixoloji yardımla bağlı tibbi yardım ödənişsiz həyata keçirilir.
Müşahidə Şurasının 14 aprel 2023-cü il qərarı ilə fəsadlaşmış mamalıq anamnezi olan qadınlar, fəsadlaşmış ginekoloji anamnezi olan qadınlar, birincili və ikincili sonsuzluğu olan qadınlara və sosial baxımdan həssas əhali qruplarına ödənişsiz psixoloji tibbi xidmət göstərilir”.
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 13 iyun 2022-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol” və 2023-cü il tarixli əmri ilə təsdiq edilmiş “Normal doğuş üzrə klinik protokol”a uyğun olaraq hamilə və zahı qadınlara psixoloji yardım xidməti təşkil olunub.
Hamilə və zahı qadınlara “Edinburq şkalası” ilə skrininqlər aparılır. Yəni hamilə və yeni uşaq dünyaya gətirmiş qadınlarda doğuşsonrası depressiyanı və ümumi psixoloji durumdakı riskləri vaxtında aşkar etmək üçün istifadə olunan qısa psixoloji testdir.
 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 23 may 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol”a uyğun olaraq qeysəriyyə kəsiyi əməliyyatının aparılma ehtimalını azaldan amillər/hallardan biri də partnyor doğuşlardır (yəni, doğan qadının öz seçimi ilə yaxınlarından birinin iştirakı ilə aparılan doğuş).


Doğuşayardım müəssisələrimizdə partnyorlu doğuşların təbliği və təklif olunması doğan qadına psixoloji dəstəyin təmin olunmasının tərkib hissəsi kimi tətbiq edilir”. – deyə məlumatda qeyd edilib.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Noyabr 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri