Icma.az
close
up
RU
Dövlət xəstəxanalarında növbə problemi Onlayn randevu sistemi nə zaman İŞƏ DÜŞƏCƏK?

Dövlət xəstəxanalarında növbə problemi Onlayn randevu sistemi nə zaman İŞƏ DÜŞƏCƏK?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İcbari tibbi sığortanın tətbiqindən sonra insanlar daha çox dövlət xəstəxanalarına üz tuturlar. Ancaq, bu halda onlar təəsüflər olsun ki, növbə problemi ilə qarşılaşırlar. Belə olan halda vətəndaşlar  gününün ən azından bir-iki saatını xəstəxanada keçirməli olurlar. Burada isə daha çox uşaqlar, ağır xəstələr və yaşlılar əziyyət çəkirlər.
Bəs problemin aradan qaldırılması üçün hansı addımlar atılır?
Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, canlı növbə funksionallığı hazırda 19 tibb müəssisəsində tətbiq olunur, 5 tibb müəssisəsində isə qurulma üçün hazırlıq prosesi davam edir:

“Bu gün bütün dünyada səhiyyə sahəsində də yeniliklər, müasir yanaşmalar, innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Hazırda onlayn növbə sistemi pilot layihə olaraq Yeni Klinikada tətbiq olunur. Layihənin tətbiqi xaos və qarışıqlığın minimuma enməsinə, iş prosesinin sürətlənməsinə, tibb müəssisəsində xeyli sayda insanın toplanmaması nəticəsində məmnuniyyətin artmasına, tibb müəssisəsinin reputasiyasına müsbət təsir edib. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə ediblər”.

Millət vəkili Pərvanə Vəliyeva isə hesab edir ki, canlı növbə pasiyentlər arasında narazılığı yenə də həll etmir:

“Xəstəxanalarda onlayn randevu sisteminin qurulması gözləmələrin qarşısını ala bilər, həm pasiyentin, həm də həkimin vaxtına qənaət edilməsini təmin edə bilər. Hazırda Yeni Klinika və bir neçə digər müəssisələrdə də bu sistem tətbiq edilir və mərhələli şəkildə ölkə üzrə digər bütün tibb müəssisələrində də tətbiqi nəzərdə tutulur.

Randevu sistemi tibb müəssisələrinin öz resurslarını planlaşdırmasına da kömək edəcək. Bununla, bir neçə gün öncədən növbəti günlərdə xəstəxananın hansı sayda pasiyent qəbul edəcəyi, hansı xidmətlərdən istifadə edəcəyi proqnozlaşdırıla bilir. Həkim də öz işini planlaşdıra və daha çox xəstəyə baxa bilər. Belə olan halda, öncədən təyin edilmiş vaxtda gələn pasiyentin digər ixtisaslı həkimə, laborator və ya diaqnostik müayinələrə yaxınlaşması da tibb müəssisəsində olduğu saatlarda təmin edilərsə, məqsədəuyğun olardı.

Deputat eyni zamanda qeydiyyatın bu yolla daha əlçatan ola biləcəyindən bəhs edib:

“Sistemin daha əlçatan olması üçün onun mobil tətbiq üzərindən təklif edilməsi məqsədəuyğundur. Randevu sistemi dünyanın qabaqcıl səhiyyə sisteminə malik əksər ölkələrində tətbiq olunur. Əgər pasiyentin vəziyyəti təcilidirsə, o, təcili və təxirəsalınmaz tibbi yardıma və ya ilkin səhiyyə xidməti müəssisələrinə, ailə həkiminə yaxınlaşa bilər”.
Aygün Hüseyn, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Fevral 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri