Icma.az
close
up
RU
Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 2 oktyabr, AZƏRTAC

Hazırda quru, su, hava və kosmik məkanla bərabər kiberməkan da döyüş məkanlarından biridir. Həmin sahədə APT qrupların kiberkəşfiyyat əməliyyatları, müxtəlif kritik infrastrukturlara hücumlar həyata keçirilir. Müasir dövrdə süni intellektin inkişafı ilə paralel kvant dövrünə artıq hazırlaşmalıyıq. Kvant dövrünü qarşılamaq üçün biz post kvant kriptoqrafik alqoritmlərinə keçid etməliyik. Bunların hamısı bizi gözləyən təhdidlərdir və biz bunlara hazır olmalıyıq. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti olaraq, həmin sahədə fəaliyyətlərimizin daha da təkmilləşdirilməsi istiqamətində işlər görürük.

AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Nadir Novruzov Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının birgə təşkilatçılığı ilə “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin üçüncü günündə keçirilən “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda sektorial görüşdə çıxışı zamanı deyib.

"Müasir dövrdə müharibələr artıq ənənəvi deyil, hibrid formada aparılır. Hansısa bir sahədə olan əməliyyatlarla paralel olaraq kiberhücumlar da həyata keçirilir. İnformasiya sistemlərinin dayandırılması istiqamətində dos hücumları, paralel olaraq dezinformasiya hücumları edilir. Həmin istiqamətdə də daim mübarizə aparılmalıdır.

Hazırda Azərbaycanda sülh dövrü hökm sürür və hər hansısa bir hərbi əməliyyat yoxdur. Lakin kiberməkanda hücumlar hələ də davam etməkdədir və biz gündəlik olaraq bunu müşahidə edirik. Xüsusən də hərbi dövrdə, məsələn, 44 günlük müharibə ərəfəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 3 mindən çox kiberhücum qeydə alınıb və bunların qarşısını alınıb.

Bu, digər hərbi əməliyyatlar dövründə də qeydə alınıb. Həm Tovuz əməliyyatları, həm Aprel döyüşlərində, həm sonradan antiterror əməliyyatları dövründə də həmin kiberhücumlar davam etməkdə idi. Hazırda da bu, dayanmadan davam edən bir prosedurdur. Əlbəttə ki, biz təkcə həmin hücumlara deyil, müasir dövrün tələblərinə də cavab verməliyik.

Müasir dövrün tələbləri süni intellekt texnologiyalarının inkişafı ilə daha da sürətlənib. Əgər biz müdafiəçilər süni intellektdən istifadə edərək öz işimizi qura biliriksə, hücumçular da bunu əlavə bir alətə çeviriblər. Əvvəllər böyük kiberhücumların həyata keçirilməsi üçün böyük qruplara ehtiyac var idisə, hazırlığı uzun müddət alırdısa, indi süni intellekt vasitəsilə bir nəfər qısa zamanda böyük nəticələr əldə edə biləcək kiberhücumlar həyata keçirə bilir.

Biz sabahın təhdidlərinə, dünənin alətləri ilə cavab verə bilmərik. Ona görə biz də özümüzü təkmilləşdirməliyik. Təkmilləşdirməyə gedən yolda ilk növbədə bilik paylaşımından keçir və biz bunu yalnız əməkdaşlıq çərçivəsində edə bilərik", - deyə N. Novruzov qeyd edib.

Müxbirlər - Göyçək Mahmudlu, Günel Türksoy

Fotoqraf - Xanlar Əlizadə

Videooperator - Mirrəsul Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri