Icma.az
close
up
RU
Dövlətə, orduya və liderliyə inam sarsılmazdır

Dövlətə, orduya və liderliyə inam sarsılmazdır

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Son günlər ölkə başçımızın Rusiyaya səfəri müzakirə mövzusuna çevrilib. Təbii ki, Cənab Prezidentin səfərləri, orada verdiyi mesajları və keçirdiyi görüşləri geniş maraq doğurur, ümumilikdə izlənilir və bunların müzakirə olunması da normaldır. Amma məsələyə tamamilə yanlış rakursdan yanaşmaq nə üçündür və kimə lazımdır? Primitiv və ağılsız formada cənab Prezidentin Rusiya səfərinə münasibət bildirənlər guya siyasi analiz aparırlar. Əslində isə qərəzli, savadsız və ağılsız ifadələri ilə yalnız özlərinin kim olduqlarını cəmiyyətə nümayiş etdirirlər.
Sitat: Prezident gedə də bilər, getməyə də bilər — getsə də pisdir, getməsə də... Təsəvvür edin, bu danqalaq insanlar mahiyyətini, fəlsəfəsini, siyasi əhəmiyyətini anlamadıqları bir məsələ ilə bağlı fikir bildirərək, əslində özlərini cəmiyyət qarşısında qeyri-ciddi və danqalaq formada təqdim edirlər.
Əgər bunu davam etdirirlərsə, deməli, daxillərindəki qərəzli və düşmənçilik dolu hisslərinə hakim kəsilə bilmirlər.
9 May bizim üçün sadəcə bir gün deyil, tarixi əhəmiyyətə malik bir gündür. Babalarımız o döyüşlərdə qəhrəmanlıq göstəriblər. İndi bu məsələni mübahisə mövzusuna çevirmək, həmin hadisənin mahiyyətini sual altına almaq əslində bizim babalarımıza, onların fədakarlığına hörmətsizlikdir..Anlayırıq ki, siz nə kökünüzə, nə də nəsil-nəcabətinizə hörmət edənlərdən deyilsiniz. Siz sadəcə, robot kimi kimlərinsə tərəfindən idarə olunanlardansınız.
Bu tarixi hadisəyə belə münasibət bildirməyiniz təəssüf doğurur. Paradda iştirak etmək üçün yola düşən əsgərlərimizin həmin tədbirdə iştirakına başqa don geyindirənlər, yanlış təəssürat yaradanlar, əslində öz abır və ləyaqət həddinizi tapdalamısınız. O tədbirlərdə iştirak etmədikdə isə, siz və sizin kimi düşünənlər deyirdiniz ki, ‘bizi saymırlar, bizi dövlət yerinə qoymurlar’. İndi isə əksinə, iştirak edənləri tənqid etməyiniz riyakarlıqdan başqa bir şey deyil. İştirak edəndə deyirsiniz: ‘Bizim orada nə işimiz var? Rusiyaya legitimlik donu geyindirirlər.’ Bu yanaşma, təəssüf ki, nə qədər deqradasiyaya uğradığınızı və insanlıqdan nə qədər uzaqlaşdığınızı göstərir. Əvvəla, ordumuzun nümayəndələrinin həmin tədbirdə iştirakı, zəfər qazanmış, qalib və qürurlu bir əsgərin beynəlxalq tədbirdə iştirakı kimi təqdim olunmalıdır. Bu, Azərbaycanın hərbi və siyasi gücünün təcəssümü, regionda sülhün qurulmasında mühüm rol oynayan tərəf kimi çıxış etməyimizin göstəricisidir. Hadisələri yanlış kontekstdə təqdim etmək əvəzinə, milli maraqlara uyğun şərh etmək hər bir vətəndaşın borcudur.
İkincisi, ölkələr arasındakı münasibətlər hər bir dövlətin öz milli maraqlarını əsas götürərək formalaşır. Bu gün biz tam əminliklə deyə bilərik ki, Azərbaycanın taleyi, gələcəyi, milli maraqları və mənafeyi etibarlı, güclü, ağıllı və müdrik əllərdədir. Azərbaycan xalqı da bu müdrik siyasətə və strateji yola öz dəstəyini göstərməkdə davam edir.Cənab İlham Əliyev artıq nəinki Cənubi və Şimali Qafqaz regionunda, eləcə də bütün dünyada möhtəşəm, qürurlu və suveren bir dövlətin mövcudluğunu, həyata keçirdiyi diplomatik uğurlarla sübut etmişdir. Bu uğurlar Azərbaycan dövlətinin gücünü və nüfuzunu daha da artırmışdır.
Bütün bu deyilənlər fonunda bir daha aydın olur ki, Azərbaycanın müstəqil siyasəti, balanslı və milli maraqlara söykənən diplomatik kursu məhz Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörənliyi sayəsində formalaşıb. Əldə olunan hər bir uğur istər döyüş meydanında, istərsə də beynəlxalq arenada bu möhkəm təməllər üzərində qurulub. Bizi zəiflətmək, xalqı dövlətin yanında dayanmaqdan çəkindirmək istəyənlər anlamalıdırlar ki, Azərbaycan xalqı artıq bu cür manipulyasiyalara uymur. Dövlətə, orduya və liderliyə inam sarsılmazdır. Və bu inamla Azərbaycan gələcəyə daha inamla, daha güclü və daha ləyaqətli şəkildə irəliləyir.
"YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri, Siyasi ekspert
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 May 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri