Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilli barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Axar.az APA-ya istinadla xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılıb.
Məhkəmənin çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Kamilli Vüsal Yusif oğlu Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə zərər vurmaq məqsədilə qəsdən casusluq fəaliyyəti həyata keçirərək dövlətə xəyanət edib.
Bildirilir ki, o, DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa cəlb olunub.
Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 May 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















