Icma.az
close
up
RU
“Dövlətimiz bu məsələdə də prinsipial mövqe nümayiş etdirdi” ŞƏRH

“Dövlətimiz bu məsələdə də prinsipial mövqe nümayiş etdirdi” ŞƏRH

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qərəzli qərarlara qarşı prinsipial mövqe Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlər qarşılıqlı hörmət, etimad və mehriban qonşuluq prinsipləri əsasında müəyyənləşir. Azərbaycan heç vaxt öz ərazisinin başqa dövlətlərə qarşı istifadə edilməsinə imkan verməyəcəyini açıq şəkildə bəyan edib və bunu milli təhlükəsizlik strategiyasının dəyişməz prinsipi kimi qəbul edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, informasiya siyasətində də eyni yanaşma müşahidə olunur:

“Azərbaycan mediası, peşəkar media təmsilçilərimiz beynəlxalq jurnalistika prinsiplərinə sadiq qalaraq hadisələri obyektiv təqdim etməyə, ayrı-ayrı dövlətlərin daxili proseslərinə müdaxilə etməməyə çalışır və buna əməl edir. Buna baxmayaraq, bəzi hallarda Azərbaycanın bu konstruktiv və məsuliyyətli mövqeyi qarşı tərəfdən adekvat münasibətlə qarşılanmır”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, son zamanlar İranda bəzi dairələr tərəfindən Azərbaycan mediasına qarşı nümayiş etdirilən qərəzli münasibət də məhz bu kontekstdə ciddi narahatlıq doğurur. Nəzərə alaq ki, ABŞ-İran gərginliyinin artdığı dövrlərdə həm rəsmi Bakı, həm də aparıcı Azərbaycan media qurumları emosional ritorikadan uzaq dayanaraq, gərginliyin diplomatik yollarla aradan qaldırılmasının vacibliyini ön plana çıxarıblar. Xəbərlərin təqdimatında faktlara əsaslanmaq və tərəflərin rəsmi mövqelərinə yer vermək Azərbaycan mediasının əsas xətti olub. Lakin təəssüf doğuran hal ondan ibarətdir ki, bu obyektiv və balanslı yanaşma hər zaman qarşı tərəfdən eyni şəkildə qiymətləndirilmir. Bunun son nümunəsi İran İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bəzi xarici media qurumlarını, o cümlədən AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi və həmin media orqanları ilə əməkdaşlıq edən şəxsləri cinayət məsuliyyəti ilə hədələməsidir. Belə bir qərar təkcə media azadlığı baxımından deyil, həm də iki qonşu dövlət arasında formalaşmış münasibətlərin ruhu baxımından suallar doğurur. Bu qərar qarşılıqlı etimadın möhkəmlənməsinə deyil, əksinə, informasiya mühitində gərginliyin artmasına xidmət edir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan mediası uzun illərdir regionda baş verən prosesləri peşəkar jurnalistika prinsipləri çərçivəsində işıqlandırır. İstər siyasi hadisələr, istər təhlükəsizlik məsələləri, istərsə də sosial proseslər barədə yayımlanan materiallarda balans prinsipi qorunmağa çalışılıb. Bütün bunların fonunda AzTV-ni "düşmən media" kimi təqdim etmək nə peşəkar fəaliyyətlə, nə də faktlarla uzlaşır. Əksinə, Azərbaycan media qurumları İran cəmiyyətində baş verən hadisələri mümkün qədər obyektiv və neytral şəkildə təqdim etməyə üstünlük veriblər. Məhz buna görə də İranın son qərarı Azərbaycanda təəccüb və narazılıqla qarşılanır.

“Nəzərə alaq ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadəyə icazə verməyəcəyini bəyan edib. Dövlətimizin bu mövqeyi İranın rəhbər şəxsləri tərəfindən təqdir olunub. Belə olan halda, Kəşfiyyat Nazirliyinin həmin qərarı bu münasibətlərə xələl gətirməyə yönəlib. Xüsusilə qonşu dövlətlər arasında informasiya mübadiləsinin qarşılıqlı etimad əsasında qurulması regional sabitlik baxımından da vacib amildir. Bu səbəbdən Azərbaycan mediasına qarşı irəli sürülən ittihamların hüquqi və faktiki əsaslarının olmaması həmin qərarın siyasi motivli olduğu barədə müzakirələri gücləndirir. Azərbaycanın müvafiq qurumları tərəfindən adekvat olaraq, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan İranın media subyektləri olan “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilib. Əslində, dövlətimiz mehriban qonşuluq prinsiplərini nəzərə alaraq həmin media qurumlarının yanlış yanaşmalarına səbr və təmkin nümayiş etdirib. Lakin bizə qarşı açıq qərəz və səhv addımlar cavabsız qala bilməz. Ona görə də, dövlətimiz bu məsələdə də prinsipial mövqe nümayiş etdirdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyul 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri