Icma.az
close
up
RU
Dövlətimizin fəal iqlim diplomatiyası dünyada təqdir olunur

Dövlətimizin fəal iqlim diplomatiyası dünyada təqdir olunur

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Son illərdə xoş mərama əsaslanan ardıcıl siyasətin nəticəsi olaraq Azərbaycanın dünyada birləşdirici, dialoqa xidmət edən rolu daha da artıb. Prezident İlham Əliyev bir qayda olaraq yaranan qlobal çağırışlar qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edir ki, bu da beynəlxalq səviyyədə böyük təqdirlə qarşılanır. Cari il aprelin 28-də 116 ölkədən QHT-lərin iştirakı ilə Bakıda təsis edilmiş  Qlobal Cənub QHT Platformasının iyunun 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Orqanlarının 62-ci sessiyası (SB62) çərçivəsində Bonnda “Ədalətli dünya naminə birləşmək: bərabər iqlim həlləri üçün Cənub-Cənub həmrəyliyi və tərəfdaşlıqlarının gücləndirilməsi” adlı tədbir keçirilməsi bunun növbəti təzahürüdür.

“Bakı prosesi”nin davamı

Qlobal Cənub QHT Platforması Azərbaycanın ötən ilin noyabr ayında böyük uğurla ev sahibliyi etdiyi  COP29-un gözəl miraslarından biridir. Xatırladaq ki, Azərbaycan Milli QHT Forumu 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində keçirilən Qoşulmama Hərəkatı regionu QHT-lərin “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı beynəlxalq konfransda Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığını elan edib. Bu təşəbbüs beynəlxalq dəstək qazanaraq 140-a yaxın ölkənin QHT-ləri tərəfindən alqışlanıb, 1000-dən çox xarici QHT bu təşəbbüsü müdafiə edən birgə bəyanat yayıb.

Üzvlərinin 84 faizi inkişaf etməkdə olan ölkələrin vətəndaş cəmiyyətlərini təmsil edən COP29 QHT Koalisiyası da bu təşəbbüsün reallaşdırılması üçün çağırış edib. Koalisiya ötən ilin sonunda Qlobal Cənub QHT Platformasının təsisatlandırılması üçün məsələ qaldırıb, Azərbaycan Milli QHT Forumundan prosesin aparılması xahiş olunub. Öz növbəsində Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi yeni qlobal təşəbbüsün reallığa çevirilməsinə dəstək göstərib. Dünyanın 110-dan çox ölkəsindən aparıcı QHT rəhbərləri onlara ünvanlanan dəvəti qəbul ediblər. Bu, həm Qlobal Cənub, həm də Azərbaycan üçün əsl QHT səfərbərliyidir.

Azərbaycanın təşəbbüsü əsasında Qlobal Cənub QHT Platformasının yaradılması Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində dəstəklənib. Belə ki, BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC)) direktoru Dima Al-Khatib Qlobal Cənub QHT Platformasını alqışladığını bildirib.

Bonnda baş tutan tədbirdə çıxış edən Qlobal Cənub QHT Platformasının müvəqqəti baş katibi Ramil İskəndərlinin sözlərinə görə, 32 ölkədən 47 QHT təmsilçisinin, iqlim fəallarının bu toplantıya qatılması Platformanın elan etdiyi “Bakı prosesi”nin davamıdır. O, qlobal təklənməyə qarşı birləşmə texnikası kimi Qlobal Cənub QHT Platformasının mühüm əhəmiyyətini qeyd edib. R.İskəndərli COP29-un qalıcı töhfəsi kimi Platformanın ilk yan tədbirinin məhz dünyanın iqlim mərkəzi olan Bonnda keçirilməsinin rəmzi mahiyyət daşıdığını da vurğulayıb.

Qlobal Cənubla Qlobal Şimal arasında etibarlı körpü

Hazırda dünyada arzuolunmaz proseslər izlənilir. Bütün dünyanı çətinliklərlə, fəsadlarla üz-üzə qoyan bu proseslər əksər hallarda dövlətlər və qitələr arasında həmrəyliyin, ümumi, yekdil baxışların, yanaşmaların olmamasından və yaxud çox zəif olmasından qaynaqlanır. Təəssüf doğuran haldır ki, bu gün Qlobal Cənubla Qlobal Şimal arasında konsensus yoxdur, əksinə ziddiyyətlər  artır. Ancaq dünya getdikcə dərinləşən problemlərin, o cümlədən də Yer üzündə milyonlarla insanı humanitar və sosial  fəlakətə düçar edən iqlim dəyişmələrinin yaratdığı fəsadların üzərinə birlikdə getməli və daha təsirli, daha real tədbirlər görməlidir. Dərk olunmalıdır ki, təcrid olunmuş hansısa bir ölkə, ayrılıqda götürülmüş hansısa bir qitə qlobal faciələrin öhdəsindən təkbaşına gələ bilməz.

Burada Azərbaycanın nümunəsi bütün dünya üçün bir model kimi götürülə bilər. Hər şeydən əvvəl onu qeyd edək ki, Azərbaycanın unikal coğrafi yerləşməsi var - ölkəmiz həm Avropadır, həm də Asiyadır. Eyni zamanda, ölkəmizin rolu yalnız coğrafiya ilə bağlı deyil. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik.

Ölkəmizin birləşdirici rolu, həmçinin iqlim çağırışları fonunda da aydın görünür. Məlumdur ki, hazırda iqlim çağırışlarının aktuallığı heç vaxt olmadığı qədər artıb. Narahatlıq yaradan həm də o amildir ki, qlobal istiləşmənin azalacağı ilə bağlı hər hansı bir proqnoz verilmir. Əksinə bildirilir ki, indiki vəziyyət davam edərsə, 2050-ci ilə qədər yerdə temperatur 1,5 dərəcə, 2100-cü ilə qədər isə 4,6, hətta 6 dərəcəyə qədər arta bilər. Bunun fəsadlarının kiçik ada dövlətləri üçün necə ağır olacağını təsəvvür etmək çətin deyil. Kiçik ada dövlətlərinin əsas problemləri ondan ibarətdir ki, onlar dörd bir tərəfdən su ilə əhatə olunublar. Dəniz səviyyəsinin qalxması bu ölkələrin ərazilərinin kiçilməsi ilə nəticələnir. Bu ölkələrdə təbii fəlakətlər tez-tez təkrarlanır.

Kiçik ada dövlətlərinin üzləşdikləri belə vəziyyət birgə səylərlə zəruri  tədbirlər görülməsinin vacibliyini önə çıxardıb. Burada Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında balansın təmin olunması mövqeyindən çıxış edir. Məlumdur ki, qlobal istiləşmə əsasən inkişaf etmiş ölkələrin güclü sənaye fəaliyyətləri nəticəsində getdikcə daha da intensivləşir. Qlobal Cənuba aid kiçik ada dövlətləri isə bundan daha çox dərəcədə təsirlənirlər. Belə bir reallıq fonunda kiçik ada dövlətlərinin, bütövlükdə, Qlobal Cənubun üzləşdiyi çətinliklərin nəzərə alınmaması böyük ədalətsizlik olardı. Buna görə də Bakıda razılaşdırılan İtki və Zərər Fondunun fəaliyyətə başlaması, iqlim maliyyələşməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin müəyyən edilməsinin yekunlaşdırılması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində  tədbirlərin görülməsi, təmiz enerjiyə ədalətli və bərabər keçid prosesinin qəbul edilməsi vacibdir.

Respublikamız milli səviyyədə qlobal iqlim dəyişmələrinə çox həssas yanaşma sərgiləyir. Əvvəla, Azərbaycan neft-qaz ölkəsi olsa da, qlobal iqlim dəyişmələrinə təsiri çox cüzidir. Digər tərəfdən, respublikamız qarşıya 2050-ci ilədək “sıfır emissiya” hədəfi qoyub. “Yaşıl enerji”yə keçid də ölkəmizin gündəliyinin prioritetləri sırasında yer alır. Azərbaycan,  həmçinin kiçik ada dövlətlərinin problemlərinin həllinə dəstək verməyə hazırdır. Respublikamız COP29-un sədri olaraq buna praktiki nöqteyi-nəzərdən yanaşır. Azərbaycan nəticələrə nail olmaq istəyir.

Qlobal Cənub QHT Platformasının Bonnda baş tutan yan tədbiri çərçivəsində təşkil olunan panel müzakirələrdə iqlim böhranının təsirlərinə qarşı Azərbaycanın fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və səmərəli dialoqu inkişaf etdirmək üçün əzmlə çalışmasına diqqət çəkilib. Qeyd olunub ki, bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıq mühitidir, Platforma bu etimad quruculuğu işinə mühüm töhfə verə bilər.

Spikerlər Azərbaycanın COP29 çərçivəsində fəaliyyətini yüksək qiymətləndirib, xüsusilə az inkişaf etmiş ölkələrə, ada dövlətlərinə dəstəyini alqışlayıblar.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 İyun 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri