Icma.az
close
up
RU
Əfvetmə yalnız hüquqi addım deyil, həm də dövlətin humanizmə verdiyi önəmin göstəricisidir

Əfvetmə yalnız hüquqi addım deyil, həm də dövlətin humanizmə verdiyi önəmin göstəricisidir

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“26 may 2025-ci ildə Cənab Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam 220 nəfərə şamil edilib. Onlardan  175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edildi. Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldıldı, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edildi. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib. Əfv sərəncamı ölkə başçısı tərəfindən atılmış növbəti humanist addımdır. Ümumiyyətlə, əfvetmə sərəncamları yalnız hüquqi addım deyil, həm də dövlətin insan ləyaqətinə və mərhəmətə verdiyi önəmin göstəricisidir. Bu aktlar cəmiyyətin harmoniya içində yaşamasına, cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə inteqrasiyasına imkan yaradır. Əfv sərəncamları humanizm prinsipinin praktiki tətbiqi, dövlətin ədalət və insan hüquqlarına olan sadiqliyinin sübutudur”.

Bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi dövrdən etibarən əfv sərəncamları və amnistiya aktları humanizm və insanpərvərlik prinsiplərinə əsaslanaraq həyata keçirilib: “Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci ildən başlayaraq imzalanan əfv sərəncamları ilə minlərlə məhkum cəzadan azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də həmin ənənəni uğurla davam etdirərək, müxtəlif dövrlərdə əfv sərəncamları imzalayıb və bu proses hazırda da davam etdirilir. Cənab Prezidentin imzaladığı sonuncu Əfv sərəncamı sayca 71-cidir. Bu günə qədər imzalanmış Əfv sərəncamlarının  32-si Ulu Öndər Heydər Əliyev, 39-u isə Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Eyni zamanda, Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də Milli Məclis tərəfindən “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edilib ki, bu da dövlətin öz siyasətində insan ləyaqətinə hörmətinin bariz nümunəsidir. Bu günədək əfv institutu 10 162 nəfərə şamil edilib və 7060 şəxs Prezident İlham Əliyevin humanist yanaşmasından faydalanmış olub.  Burada məqsəd məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısınının alınmasıdır.  Sərəncam imzalanarkən məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, maddi zərərin ödənilməsi, cəza çəkdikləri müddət və həmin müddətdə davranışları nəzərə alınır.  Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxslər bir qayda olaraq o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunub. Yəni şəxs artıq cəmiyyət üçün təhlükəli deyil və onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Son əfvetmə aktına qədərki araşdırmaların nəticələri də məhz bu sayda insanın müvafiq kriteriyaya cavab verdiyini ortaya çıxarıb. Dövlət heç bir vətəndaşın məhkum həyatı yaşamasında maraqlı deyil. Əfvetmə qərarı fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Prezidenti tərəfindən qəbul edilir. Təbii ki, bu addım Azərbaycan xalqının, cəmiyyətimizin bütövlüyünə bir işarə, vətəndaş həmrəyliyinə böyük bir töhfədir. 220 nəfərin əfv edilməsi, bir o qədər də  ailənin sevinci deməkdir”.

Millət vəkili əlavə etdi ki, əlamətdar günlərdə Prezident İlham Əliyev tərəfindən çox sayda şəxsi əhatə edən Əfv sərəncamı imzalaması artıq ənənə halını alıb: “Sözsüz ki, azadlıq bu həyatda ən böyük nemətdir. Bu, Azərbaycanın hüquqi dövlət olduğunu bir daha təsdiqləyən addımdır. Cinayət törədən şəxslərin yalnız dövlətin humanizminə sığınması qanunun aliliyindən xəbər verir. Bu sərəncam beynəlxalq miqyasda da təqdir olunur və müsbət addım kimi qiymətləndirilir. Azərbaycanın insan hüquq və azadlıqlarına, hüququn aliliyinə sadiqliyi öz təsdiqini çoxdan tapıb. Ölkəmiz insan hüquq və azadlıqlarla bağlı qoşulduğu və tərəfdar çıxdığı bir çox konvensiyalara hörmətlə yanaşır. Hüquqi dövlət quruculuğu istiqamətində  önəmli addımlar atan dövlətimizin başçısının humanistliyi digər ölkə başçılarına da nümunədir. Cinayət törədən şəxslərin cəzaçəkmə müəssisələrində nümunəvi davranışları və ailə vəziyyətlərini nəzərə alınaraq cəzalarından azad edilməsi onların cəmiyyətdə yararlı şəxs olmalarına şərait yaradır. Bu isə onu göstərir ki, kimliyindən, sosial və siyasi statusundan asılı olmayaraq, hər bir vətəndaş dövlətimizin qayğısı ilə əhatə olunub. Bununla bağlı aidiyyəti dövlət qurumları tərəfindən cəzaçəkmə müəssisələrinə baş çəkilərək məhkumların saxlanma şəraitinə baxış keçirilir və onların sosial adaptasiyası ilə bağlı müxtəlif proqramlar icra edilir. Ümid edirik ki, onlar ailələrinə qovuşaraq gələcəkdə cəmiyyətə inteqrasiya olunmaqla ixtisaslarına uyğun işlərdə çalışacaq, cəmiyyət üçün faydalı olacaqlar. Hesab edirəm ki, "Konstitusiya və Suverenlik İli"ndə,  Müstəqillik Günü ərəfəsində imzalanan Əfv Sərəncamı yüzlərlə insan üçün böyük bir hədiyyədir. Vətəndaşlar da öz növbələrində dövlətimizin onlara göstərdiyi bu etimadı doğrultmalı, ölkəmizin inkişafı naminə çalışmalıdırlar. Əfv olunan hər bir insan Prezident İlham Əliyevin bu humanist addımından məmnundur və onlar gələcək həyatında da bundan nəticə çıxaracaqlarına,   layiqli vətəndaş kimi ömür sürəcəklərinə, faydalı olacaqlarına inanırıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 May 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri