Dövlətin pulu iki fırıldaqçı arasında bölüşdürülür
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Büdcə layihəsində ünvanlı sosial yardım üçün 457,3 milyon manat nəzərdə tutulub, bu, az vəsait deyil. Bu yardımı almaq üçün vətəndaşın mütləq iş yeri olmalıdır".
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin komitə iclası zamanı deputat Əziz Ələkbərli deyib.
Deputat qeyd edib ki, məsələnin problemi elə burdan başlayır.
"Vətəndaş gedib "dirnaqarası" iş yeri tapır, lakin müəssisə rəhbəri isə maraqlı deyil əlavə iş yeri açmağa. Çünki bunun üçün müəyyən ödəmələr etməlidir. Ona görə də müəssisə ayda 100 manat ziyana gedəcəksə, yerinə vətəndaşdan ayda 200 manat pul alır. Amma ortada iş yoxdur, vətəndaş işə getmir, ortada dövlətin pulu iki işbaz fırıldaqçı arasında bölüşdürülür".
Aysel Əkbər
Milli.Az
Baxış sayı:103
Bu xəbər 22 Noyabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















