Icma.az
close
up
RU
“Döyüşə qocalar gedir”

“Döyüşə qocalar gedir”

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır. Bununla bağlı “Konstitusiya Məhkəməsi haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib.

Dəyişikliklə vəzifədə olmanın yaş həddi 70 yaşdan 75 yaşa qaldırılır. Həmçinin məhkəmənin 75 yaşına çatan hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.

Konstitusiya Məhkəməsinin hakimi 75 yaşına çatdıqda səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, o, istefada olan Konstitusiya Məhkəməsinin hakimi sayılır.

Qeyd edilib ki, layihənin məqsədi uzunmüddətli hüquqi təcrübəyə malik hüquqşünasların Konstitusiya Məhkəməsində fəaliyyətini davam etdirməsinə şərait yaradaraq məhkəmə sisteminin səmərəliliyini artırmaqdır. Bu yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, bir sıra Avropa ölkələrində, o cümlədən Almaniya, Fransa və İspaniyada Konstitusiya Məhkəməsi hakimlərinin yaş həddi 75 və daha yuxarıdır ki, bu da onların hüquqi bilik və təcrübəsindən daha səmərəli istifadəyə imkan yaradır.

Bununla yanaşı, 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunana qədər vəzifələrini icra etmə müddətinin 6 aydan çox olmayan müddətə konkretləşdirilməsi, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq normanın aydın və birmənalı tətbiqini təmin edir. Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Vəkil Elçin Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dəyişikliklər yaşı 70-i keçmiş hakimlərin bir müddətdə öz postlarında qalmasına xidmət edir: “Bu dəyişikliklər onların müddətinin uzadılması üçün edilir. Mən burada hansısa legitim məqsəd, məntiqli qərar görmürəm. Onsuz da Konstitusiya Məhkəməsində vəziyyət belə idi, sadəcə olaraq, bunu rəsmiləşdirirlər.  Bəzi ölkələr var ki, hakimlərin yaş məhdudiyyəti yoxdur. Azərbaycanda isə roman-german hüquq sisteminə aid olduğuna görə hakimlərin yaş təsnifatı qanunda qəbul edilən haldır. Konstitusiya Məhkəməsi səlahiyyətlərinin əksəriyyətindən məhrum edilib. Real təcrübəni dəyərləndirməklə qərarlar qəbul etmək imkanı xeyli azaldılıb.  Hesab edirəm ki, Konstitusiya Məhkəməsi hüququn hazırkı inkişaf dinamikasına uyğun qərarlar qəbul edə bilmir. Hakimlərin vəzifədə olmalarının yaş həddini artırmaq isə dinamikanı daha da azaldır, 70 yaş uyğun formatdır. Digər məhkəmələrin hakimlərinin vəzifədə qalma müddəti 65 yaşa qədərdir. Onların da müddəti 5 ilə qədər artırıla bilər.  Təcrübədə biz kiminsə müddətinin 5 il artırıldığını görməmişik. Konstitusiya Məhkəməsinin hakimlərinə birbaşa belə artım edilməsi məntiqsizdir. Bu, sadəcə olaraq, müəyyən hakimlərin vəzifədə uzun müddət qalmasına xidmət edir”.

Hüquqşünas Qulamhüseyn Əlibəyli deyir ki, vəzifədə qalmanın yaş həddinin artırılması hakimlərin daha təcrübəli olmaları nəzərə alınmaqla həyata keçirilir: “Bir çox ölkələrdə parlamentin yuxarı palatasının senatorlarının da yaşı yuxarı həddə götürülür. Milli Məclisin üzvləri üçün də yaş məhdudiyyəti yoxdur. Bunun prinsip mahiyyəti ondan ibarətdir ki, yaşlı adam daha təcrübəli olur, problemləri, məsələləri daha anlayışla həll etmək imkanına malik olur. Konstitusiya Məhkəməsinin hakimləri praktiki və fərdi işləri həll etmirlər. Qanunvericiliyin konstitusiyaya uyğunluğunu yoxlayırlar. Buna görə də onların daha təcrübəli olması tələb olunur. Təkcə Konstitusiya Məhkəməsinin yox, digər hakimlərin də vəzifədə qalma müddətinin  artırılması məsələsinə baxılmalıdır. Hakimlərin statusu təxminən eyni olmalıdır. Ümumiyyətlə, dəyişikliklərin mən mənfi cəhətini görmürəm, əksinə, müsbət haldır”.

Hüquqşünas Sadiq Əfəndiyev “Yeni Müsavat”a bildirib ki, Konstitusiya Məhkəməsində işin keyfiyyətini yüksəltmək üçün yaş meyarından daha çox savadlı və layiqli hakimlərin təyin edilməsi əsas götürülməlidir: “Bu məhkəmənin hakimləri əsas qanuna uyğunluğu yoxlayır, dövlət əhəmiyyətli qərarlar qəbul edir. Yaş həddinin 75-ə qaldırılması Konstitusiya Məhkəməsinin hakim korpusunun formalaşdırılmasında, istərsə də digər məsələlərdə xüsusi zərər verməyəcək. Təbii ki, yaxşı olardı ki, gənc kadrlar çoxluq təşkil edərdi. Onların enerjisi və məhsuldarlığı 75 yaşlı insandan çox olacaq. Lakin görünür, zərurət yaranıb ki, 75 yaş edirlər. Hüquq sistemində inkişaf etməkdə olan təcrübəyə, tendensiyaya əsaslanmaq lazımdır. Burada dayanaqlıq yoxdur. Hakimlərimizdə sivil hüquqda gedən dəyişikliklər nəzərə alınaraq biliklər formalaşmalıdır ki, güclü şərh verə bilsinlər. İstər konstitusiya və istərsə də milli qanunvericilik normalarını şərh edərkən bu bilgilər, hüquqi baxışlar lazım olur. Bu baxımdan deyə bilərəm ki, layiqli hakimlər gənclər arasından da ola bilər. Yaş həddi birinci meyar deyil. Əsas məsələ həmin peşəyə layiq şəxslərin təyin edilməsidir”.

Qeyd edək ki, hələ ötən il hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilib. “Məhkəmələr və hakimlər haqqında” Qanuna təklif edilən dəyişiklikdə yaş senzi aradan qaldırılıb.  Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Fevral 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see130

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see129

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see127

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see123

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see123

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see122

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see120

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see118

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see118

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see117

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see116

“Xəyanət olunub, mən də etmişəm” deyən Nüşabə Musayeva danışdı

11 Aprel 2025 13:44see115

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see114

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see112

Türkiyə Superliqası: Qalatasaray 3 xalı 2 qolla qazandı

11 Aprel 2025 23:08see110

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see109

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see109

“Sabah”ın prezidenti: Əliyar Ağayev meydandadır və epizodu görməyə bilər, bəs VAR niyə görmür? VİDEO

11 Aprel 2025 12:52see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri