Mircəlal Kazımi: 16 ildə Azərbaycanda 2 minə yaxın insanda orqan transplantasiyası əməliyyatı icra edilib VİDEO AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 10 dekabr, AZƏRTAC
Ölkəmizdə 2008-ci ildən qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunur. Tətbiq edildiyi ilk gündən bəri Azərbaycanda 2 minə yaxın insanda orqan transplantasiyası əməliyyatı həyata keçirilib. Bunlardan 1500-ə yaxın əməliyyat Mərkəzi Gömrük Hospitalı tərəfindən aparılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda beynəlxalq elmi konfransda jurnalistlərə müsahibəsində Mərkəzi Gömrük Hospitalının həkim-transplantoloqu Mircəlal Kazımi deyib.
O qeyd edib ki, beynəlxalq elmi konfransda professorlar orqan transplantasiyasında olan yenilikləri, öz təcrübələrini bölüşəcəklər: “Bu sahədə olan problemlərin müzakirə edilməsi gələcək nailiyyətlər baxımından vacib addımdır. Çünki konfransda bizim əsas hədəflərimizdən biri olan meyit donorlarının istifadə edilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılacaq. İnsanların orqan problemi yaşayan xəstələrin öz sağlamlığına qovuşması üçün bunun vacib olduğunu düşünməsi əsas məqsədimizdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 10 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















