Icma.az
close
up
RU
Dream Fest rusiyalı ulduzlardan və rus şou biznesindən azad oldu

Dream Fest rusiyalı ulduzlardan və rus şou biznesindən azad oldu

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biz yenə də əsl mahiyyəti bir kənara atıb, sosial şəbəkələrdə xırda məsələlər barədə danışırıq: kim nə geyindi, kim nə dedi, kimə nə irad bildirdi. Beləcə həm özümüzü, həm də fikirlərimizlə razı olmayan qarşı tərəfi qıcıqlandırıb əsəbləşdiririk.
Bakıda növbəti, el arasında "Jara” kimi tanınan "Dream Fest" festivalı keçirildi. Mən də bu festivalda "Miri Yusif” komandası ilə birlikdə iştirak etdim.
Amma gəlin yenə mahiyyətə qayıdaq. Söhbət kimin nə geyindiyindən, o geyimin kim tərəfindən bəyənilməsindən və ya bəyənilməməsindən getmir. Haşiyəyə çıxım: 38 dərəcə istidə Justinin (Imagine Dragons-dan fərqli olaraq) qış kürkü ilə səhnəyə çıxmasını demək olar ki, heç kim müzakirə etmədi. Bəlkə də Justin yaxşı bilir ki, Vasmoyda necə davranmaq lazımdır.
Əsl mahiyyət ondadır ki, builki "Jara”, yəni Dream Fest, rusiyalı ulduzlardan və rus şou-biznesindən azad oldu. Məncə, məhz buna görə əvvəlkilərdən daha canlı, daha maraqlı, daha özümüzə məxsus keçdi. Bu dəfə biz öz artistlərimizə daha çox səhnə, daha çox işıq, daha çox səs verdik. Və ən əsası – daha çox dəyər və mahiyyət. Söhbətə, müzakirəyə, hətta qalmaqala da səbəb elə öz artistlərimiz oldu.
Nə olur olsun, bizimkilər "şimallılardan” geri qalmır. Üstəlik, bu sadəcə mədəniyyət məsələsi deyil. Biz bir daha sübut etdik ki, Rusiya olmadan da mövcud ola bilərik: həm səhnədə, həm zalda, həm də ümumiyyətlə bütün sahələrdə. Bizim öz ulduzlarımız yetişməlidir, öz sənətçilərimiz bu böyük səhnədə özlərini real ulduz kimi hiss etməlidirlər.
İndi isə qayıdaq əsas mövzuya. Biz bir daha göstərdik ki, öz böyük səhnəmizdə özümüz ola bilirik.
Məsələn, Türkiyədə klublarda və restoranlarda nadir hallarda xarici mahnı səslənir. Çünki onlarda öz sənətçilərinə inam və sevgi var. Bizdə də belə olmalıdır. Kim istəyir, buyursun gəlsin: rusiyalı artistlər də. Amma zalda oturub sakitcə baxsınlar. Çünki bu səhnə artıq bizə məxsus olmalıdır. Bu festivalın əsl mahiyyəti də elə budur.
Emin Əfəndi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 İyul 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri