Icma.az
close
up
RU
Uşaqlarda hisslərə nəzarət

Uşaqlarda hisslərə nəzarət

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İlk inkişaf dövründə əsas məsələlərdən biri də uşağa hisslərinə və hərəkətlərinə nəzarət etməyi öyrətməkdir.
Yeni doğulmuş bir uşaq ağlamaq istəyəndə ağlayır, qışqırmaq istəyəndə isə qışqırır. Demək olar ki, bu, bir neçə il davam edir. Məsələn, ayağına toxunan oyuncağa uşağın ilk reaksiyası onu təpiklə vurmaqdır. Yoldaşları ilə razılığa gələ bilmirsə, tərəddüd etmədən yumruğundan istifadə edir. Ancaq 3 yaşından başlayaraq, uşaq hisslərini və hərəkətlərini nəzarət altında saxlamağa başlayır.
Hər şeydən əvvəl onu deyək ki, uşaqdan qısa bir vaxtda hisslərinə və hərəkətlərinə nəzarət etməyi gözləmək doğru deyil. Analar bu məsələdə səbirli olsalar da, atalar haqqında eyni sözləri demək çətindir. Çünki analar vaxtlarının çox hissəsini uşaqları ilə birlikdə keçirdikləri üçün onlardan nə tələb edəcəklərini yaxşı bilirlər.
Digər tərəfdən, uşağa hisslərinə və hərəkətlərinə nəzarət etməyi öyrədərkən valideynlər əsasən iki səhvə yol verirlər. Birinci tip valideynlər bu məsələdə çox passivdirlər. Buna görə də, belə ailədə böyüyən 2 yaşlı uşaqla 6 yaşlı uşaq arasında heç bir fərq yoxdur. Belə uşaqlar 6 yaşına çatanda da hisslərini cilovlaya bilmir, yoldaşları ilə təpik və ya yumruqla danışır, oyuncaqlarını sındırırlar. İkinci tip valideynlər isə (xüsusilə də, atalar) bunun əksini edirlər. Yəni, uşaqda qısa bir vaxtda nəzarət sistemini formalaşdırmağa çalışırlar. Ona görə də, valideynlər belə səhvlərə yol verməmək üçün uşaqlarının inkişaf mərhələlərini və onlardan nə vaxt nə tələb etmək lazım olduğunu bilməlidirlər.
Uşaqda nəzarət sistemini formalaşdırmaq üçün ən yaxşı dövr 3 yaş dövrüdür. Çünki bu dövr uşağın daha sabit olduğu bir dövrdür. Bu yaşda uşağın danışmağa başlaması da nəzarət sisteminin formalaşmasında ciddi rol oynaya bilər.
Əgər uşaq qardaşına və ya bacısına “Mən səni sevmirəm” deyirsə, onun bu sözünə göz yumun. Beləliklə, siz həm uşağın hisslərini ifadə etməsinə imkan verə, həm də qardaşını və ya bacısına qarşı güc tətbiq etməsinin qarşısını ala bilərsiniz. Çünki hisslərini sözlə ifadə edə bilən uşaqlar hərəkətə keçməyə ehtiyac hiss etmirlər.
Bu məsələdə əsas amillərdən biri də uşağınızı yaxşı başa düşməkdir. Buna görə də, uşağınızı daha yaxşı başa düşmək istəyirsinizsə, onunla rollarınızı dəyişdirin və “Bu gün səninlə bir oyun oynayaq. Sən ata ol, mən uşaq”, deyin. Təbii ki, bir uşaq kimi atanızın dediklərinə əməl etməyi də unutmayın. Bu oyun 15 dəqiqədən yarım saata qədər davam edə bilər. Bir şeyi də unutmayın ki, ilk vaxtlar uşağınız sizinlə rahat davranmaqdan qorxa bilər. Ona görə də, uşağınızı bu oyunun gələcəkdə “qorxulu nəticələr” doğurmayacığına inandırmağa çalışın. Lazım gəlsə, oyununuzu bir neçə dəfə təkrarlayın.
Uşaqda hisslərinə nəzarət sistemini formalaşmasında bir amil də uşağın hisslərinin inkişafıdır. Uşağın hisslərinin inkişafı isə daha çox uşağın ümumi inkişafı ilə bağlıdır. Belə ki, uşaq inkişafın bir mərhələsindən başqa mərhələsinə keçdikcə hadisələrə reaksiyası da dəyişir. Məsələn, ilk aylarda yalnız səsi ayırd edə bilən uşaq təcrübəsi artdıqca səsdəki sevgini və nifrəti də ayırd edə bilir. Əslində, nifrətin uşağın inkişafında rolu böyükdür. Məsələn, əlindən oyuncağı alınan bir uşaq təbii olaraq qışqırıb ağlamağa başlayır, bunun bir oyun olduğunu başa düşəndə isə gülür. İnkişaf davam etdikcə uşaq hisslərini ifadə etməyi də, gizləməyi də öyrənir.
Uşaq nifrətini gizləməyi öyrəndiyi kimi, ifadə etməyi də öyrənməlidir. Təbii ki, bu, müəyyən mərhələlərlə olmalıdır. Məsələn, siz məktəbəqədər yaşdakı bir uşağa “Sən yox deməyin nə olduğunu bilirsən?” deyə reaksiya göstərirsiniz. Halbuki o uşağın “yox” sözünü başa düşdüyünü, ancaq bu sözün əhatə dairəsindən xəbərsiz olduğunu unudursunuz. Belə hallarda uşağınızın danışmağa başladığı ilk günləri xatırlayın və o danışmağa başlayanda ancaq iki-üç sözdən artıq cümlələr qurduğunu unutmayın.
Aygün Vəliyeva
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 31 Yanvar 2026 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri