Icma.az
close
up
RU
DSMF xərcləri artırdı Hansı sahələrə pul ayrılır?

DSMF xərcləri artırdı Hansı sahələrə pul ayrılır?

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin ilk 4 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib.

Sfera.az xəbər verir ki, bu dövrdə fond xərcləri 2 milyard 501 milyon manat olub.

Bəs, Fondun xərclərinin artması nə ilə bağlıdır?

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bütövlükdə, 2025-ci ildə DSMF-in xərclərinin artırılması öncədən proqnozlaşdırılırdı və təsdiq olunmuş büdcədə də öz əksini tapmışdı:

"Belə ki, 2024-cü ildə fondun təsdiq olunmuş xərcləri 6 milyard 949 milyon manat idisə, bu il üçün 7 milyard 676 milyon manat nəzərdə tutulub. Yəni, bu il fondun xərcləmələrinin təxminən 10 faiz çox olacağı gözlənilir. Bu isə həmçinin 2025-ci ildə yeni sosial paketin icrasına başlanılması ilə bağlıdır. 2025-ci ilin ilk 4 ayında fond tərəfindən 17500-dən çox şəxsə pensiya təyin edilib. Bunlar yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatlarıdır".

Deputat qeyd edib ki, bu baxımdan, növbəti aylarda sosial paketin daha da dərinləşməsi fondun xərclərinə təsir göstərəcək. İzah edib ki, fondun əsas fəaliyyət istiqamətləri pensiya, müaviət, təqaüd, ünvanlı sosial yardım və sığorta üzrədir ki, bu istiqamətlərdə artımlar fond tərəfindən daha çox xərcləmələr deməkdir.

"Digər tərəfdən, qeyd olunan müddətdə fondun gəlirlərində də artım qeydə alınıb. Belə ki, fondun gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 13 faiz (305 mln. manat) çox olmaqla 2 milyard 715 milyon manat olub",- millət vəkili nəzərə çatdırıb.

Firuzə Əliyeva
Sfera.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 May 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri