Icma.az
close
up
RU
DTA: Azərbaycan qida turizmində mühüm mərkəzə çevrilir

DTA: Azərbaycan qida turizmində mühüm mərkəzə çevrilir

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev DTA-nın təşkilatçılığı, tabeliyindəki Turizm Bürosu və Milli Kulinariya Mərkəzinin, eləcə də "Slow Food International"ın əməkdaşlığı ilə Şəki şəhərindəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən "Terra Madre Shaki" qastronomiya festivalında dilə gətirib. O söyləyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti sayəsində Azərbaycan bütün istiqamətlərdə cəlbedici turizm mərkəzinə çevrilməkdədir.
"Slow Food" layihəsi ölkəmiz üçün çox vacib iki sahəni: turizm və kənd təsərrüfatını birləşdirərək regionlarda aqroturizmin inkişafına töhfə kimi çıxış edir. Ümumilikdə, bu hərəkat yerli qrupların və fəalların qlobal birliyidir. Hazırda 160-dan çox ölkədə möhkəmlənən hərəkatın əsas məqsədi hər insanın dadlı, sağlam və ədalətlə bölünən qidalara çıxışını təmin etməkdir. "Terra Madre" beynəlxalq tədbiri isə "Slow Food" qlobal təşəbbüsünün bir hissəsidir. Bu tədbir davamlı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və mədəni irsin qorunması məsələlərini müzakirə etmək üçün ən nüfuzlu platformalardan biridir", - Fuad Nağıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda aqroturizm və ekoturizmin inkişaf perspektivləri çox geniş və zəngindir. Sözügedən layihə çərçivəsində hər region özünəməxsus məhsulları və dadları ilə çıxış edir:
"Bugünkü tədbirdə nümayiş olunan məhsulların çeşidliliyi də göstərir ki, Azərbaycan, həqiqətən də, "Slow Food" fəlsəfəsinə uyğun istiqamətdir. Təkcə layihənin əhatə etdiyi şimal-qərb bölgəmizdə yox, eyni zamanda, cənubda. Qarabağda və digər regionlarımızda da bu cür biomüxtəliflik incilərini tapmaq olar. Bu ərazilərin biomüxtəlifliyini qorumaq, yerli qastronomiyanın tanınmasına nail olmaq bizim üçün vacib amildir. Bu mənada, xüsusilə fermer və istehsalçıların zəhmətini xüsusilə vurğulamaq istərdim".
Agentlik sədrinin məlumatına əsasən, festivalda 50-dən çox fermer və istehsalçı iştirak edir:
"Slow Food" beynəlxalq təşkilatı ilə əməkdaşlıqda əsas hədəfimiz məhz ölkəmizin turizm zonalarının təmiz qida potensialının üzə çıxarılması, turizmə inteqrasiya edilməsidir. Bu əməkdaşlıq milli qastronomiya və dayanıqlı turizmin inkişafında yeni mərhələ açaraq, yerli məhsulların qorunmasına, icma əsaslı təşəbbüslərin güclənməsinə və kəndlərin balanslı inkişafına xidmət edir".
Fuad Nağıyev həmçinin diqqətə çatdırıb ki, Azərbaycan "Terra Madre Salone del Gusto" qida festivalında mütəmadi iştirak etməklə ölkəmizin zəngin qastronomiya irsini və yerli məhsullarını dünya ictimaiyyətinə təqdim edir:
"Slow Food" layihəsi təkcə yeni dad, yeni qida yox, həm də yerli adət-ənənə, milli mədəni irs, yerli mədəniyyət deməkdir. Bir sözlə, bu layihəsi aqroturizmə müasir, amma dəyərlərə əsaslanan yeni yanaşma gətirir. Layihənin fəlsəfəsi olan "Daha yaxşı, daha təmiz və ədalət prinsipi əsasında bölünən qida" hər birimizin şüarı olmalıdır".
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azvision.az
archiveBu xəbər 11 Oktyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri